Mehdi Babayevdən 21 iyul 2018-ci il tarixli seminarla bağlı əlavə açıqlama

Mehdi Babayevdən 21 iyul 2018-ci il tarixli seminarla bağlı əlavə açıqlama

21 iyul 2018-ci il tarixdə Milli Mühasiblər Forumunun təşkil edəcəyi seminarın təlimçisi, audit üzrə mütəxəssis Mehdi Babayev tədbirlə bağlı açıqlama verib: "Hörmətli mühasiblər, maliyyəçilər, uçot və vergi sahəsinin nümayəndələri. iştirak etmək istəyən şəxslərə ƏDV ilə bağlı mövzu barədə aşağıdakı əlavə açıqlamaları vermək istəyirəm:

Bu mövzu ilə əlaqədar əsas çıxışçı MMF təşkilat komitəsinin katibi Radil Fətullayevdir. Mənim də bu mövzu ilə bağlı əlavə olaraq çıxışım olacaqdır. Hər ikimiz də ƏDV ilə bağlı izahları tamamilə fərqli formada təqdim etməyi planlaşdırırıq.
Bu gün hamı (bütün mühasiblər və təlimçilər) ƏDV-ni çox müzakirə edirlər, lakin bu ƏDV-nin öyrənilməsi və ya öyrədilməsi məsələsi bitmir ki, bitmir. Nədir səbəb, nə üçün bu vergi növünü anlamaqda çətinliklər vardır, necə deyərlər, "günahkar kimdr, nədir"? Kifayət qədər ƏDV əməliyyatlarını izah etmək iqtidarında olan mütəxəssislər vardır. Çatışmayan bilirsiz nədir, ƏDV ilə bağlı əməliyyatların o cümlədən, başqa qaynaqlar üzərindən deyil, yalnız vergi uçotu nöqteyi nəzərindən izahıdır. Axı biz mühasibik, biz mühasibat standartları tələbləri üzərindən baxmaqla əvvəllcə baş vermiş əməliyyata bir təsərrüfat əməliyyatı kimi, sonra isə həmin əməliyyatın vergiyə hansı formada cəlb olunan əməliyyat kimi emal edilməsi bacarığımızı formalaşdırmalıyıq. Əməliyyatı mühasibat (mülki münasibətlər) nöqteyi nəzərindən tam anlamadan həmin əməliyyatın vergiyə cəlb olunmasının öyrənilməsinin heç bir mənası yoxdur.

Bir sözlə, ƏDV ilə bağlı əməliyyatların düzgün müəyyən edilməsi, verginin hesablanması və ya hesablanmaması barədə mükəmməl bilgilərin əldə edilməsi üçün əməliyyatların 3 istiqamətdə birgə izahına ehtiyac vardır. Bu 3 istiqamət, mühasibat (maliyyə), mülki (müqavilə tələbləri) və sonuncu, bir daha təkrar edirəm sonuncu hesab etdiyim vergi haqqında bilgilərdir. Mühasiblər, əgər hər hansı təlimdən bu üç istiqamətin birgə izahını almadığı halda həmin təlimlərin əhəmiyyəti və bəhrəsi az olacaqdır.
Mühasibat (maliyyə) bilgiləri əməliyyatın nə olduğunu, maliyyə hesabatlarının göstəricilərinə necə təsir etdiyini, sənədləşdirilməsini və demək olar ki, mühasib üçün lazım olan (hələ vergi məsələsinə gələnə qədər) informasiyalar toplusunu və anlayış qabiliyyətini formalaşdırır. Mülki qanunvericilik əməliyyat üzrə müqavilə anlayışını (şərtlərini), həmin əməliyyat üzrə tərəflərin öhdəliklərini, alqı-satqı və təhvil-təslim vaxtını, yerini, hesablaşma qaydalarını və əməliyyatla bağlı bütün proseslərin əvvəlcədən planını müəyyən edir. Vergi qanunvericiliyi üzrə əməliyyatların emalı isə əvvəl dediyim iki istiqamətdən formalaşan bilginin sayəsində mümkün ola bilər.

Mən sizə ƏDV-dən daha çox ƏDV-ni necə kəşf etməyin yollarını və təcrübəmdən əldə etdiyim metodikaları sizinlə paylaşacağam. Ən yaşxı təlim ƏDV-nin mahiyyətini izah etmək deyildir, ƏDV-nin öyrənilməsi metadologoyasını öyrətməkdir. Mən sizə istiqamətlər, metodlar, taktikalar barədə bilgilər verməyə çalışacam ki, siz özünüzün təlimçisiz, müəllimsiz ƏDV-ni kəşv edə və öyrənə bilmək imkanlarınız yaransın.

Əvvəllər olduğu kimi yenə də təkrar edirəm ki, sizin hamınızın yaxşı və ya peşəkar mühasib olmanızda heç bir şübhəm yoxdur və sizin ƏDV ilə bağlı bilgiləriniz də az deyildir. Mühasibat sahəsinin adamı olaraq sadəcə istəmişəm ki, mühasiblər "ələbaxan" olmasınlar. Yəni, iş həyatını bütövlükdə təlimçidən, hansısa peşəkar hesab etdiyi mütəxəssisdən asılı vəziyyətə gətirməsindən. Bu asılılıq mühasibin inkişaf etməsinin qarşısını alan amildir. Bir daha vurğulayıram ki, əsas məsələ öyrənmə yolunda metodlar, taktikalar, məsləhətlər, səmərəli yollar barədə bilgilərin alınmasıdır.

Bu dəfə sizinlə çox danışacam. Mən (biz) həmişə istəmişəm (istəmişik) ki, təcrübəsindən asılı olmayaraq, özünə güvənən mühasiblərlə bir masada əyləşim (əyləşək). Əslində sizlər məni öyrədirsiz, çünki, siz məni öyrənməyə məcbur edirsiz. Buna görə də sizə təşəkkür edirəm."

Qeyd edək ki, seminara qeydiyyat üçün aşağıdakı əlaqə vasitələri əlaqə saxlayarsınız:

Əlaqələndirici şəxslər: 
055-286-52-81- İsgəndər
055 932 48 96 – Nəzir
(012) 480 28 45

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər