Vergilər Nazirliyi makro və mikro səviyyədə analitik baza yaradır

Vergilər Nazirliyi makro və mikro səviyyədə analitik baza yaradır

Vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmasını təmin edən analitik potensialın inkişaf etdirilməsi Vergilər Nazirliyində aparılan struktur islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb.

 Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iqtisadiyyatda gedən proseslərin vergi sistemi ilə qarşılıqlı təsirləri tədqiq olunacaq.

 Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, ən vacib institusional yeniliklərdən biri makro və mikro səviyyədə təfərrüatlı və əhatəli analitik bazanın formalaşdırılmasıdır. X.Abdullayev bildirib ki, islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin və araşdırmalarının aparılması sahəsində ixtisaslaşmış strukturların fəaliyyətinin qurulması nəzərdə tutulub.

 Qeyd olunub ki, vergi siyasətinin strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.

 "Bu hədəflərin həyata keçirilməsi bütövlükdə, dövlət büdcəsinə əlavə daxilolmaların təmin olunmasına və onun maliyyə dayanıqlığının daha da artırılmasına, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə özəl sektorda investisiyaların mənbələrinin genişlənməsinə, iqtisadiyyatın şəffaflaşması vasitəsilə iqtisadi subyektlərin bank-maliyyə resurslarına və xidmətlərinə çıxış imkanlarının genişlənməsinə imkan verməlidir. Bu hədəflərin hər birinin effektiv şəkildə reallaşmasına xidmət edən və iqtisadi inkişaf sahəsindəki strateji çağırşlara uyğun olan əsaslandırılmış vergi siyasəti istiqamətlərinin və qərarlarının formalaşması üçün vergi sistemi üzrə dərin iqtisadi tədqiqatlar və təhlillər aparılmalıdır. Vergi siyasətində hər hansı qərarı qəbul edərkən bilməliyik ki, onun maliyyə tutumu nədir, məşğulluğa, iqtisadi artıma, vergitutma bazasının genişləndirilməsinə cari və perspektiv təsirləri təsiri necə ola bilər, və yaxud makroiqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması da vergi orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Tədiyyə növlərində və vergilərin sahəvi daxilolmalarındakı trendlərin vergi növlərinin iqtisadi bazasında və Ümumi Daxili Məhsulun sahələrində gedən proseslər ilə əlaqələndirilmiş şəkildə təhlil olunması, iqtisadi fəaliyyət sahələrində vergi yükünün və vergi yığımı potensialının dövrü diaqnostikası, vergi siyasətinin iqtisadi artıma dəstəkləyici tədbirlərinin effektivliyinin ölçülməsi vergi siyasətinin təkmilləşdirilməsində olduqca vacib amillərdir. Təbii ki, bütün bu yüksək intellektual tutumlu işlərin görülməsi üçün müasir analitik yanaşmaların, metodikaların və modellərin tətbiqinə zərurət yaranıb", - deyə X. Abdullayev vurğulayıb..
Vergilər Nazirliyinin rəsmisi əlavə edib ki, bu sahədə kompleks işlərin aparılması nəzərdə tutulur.

 

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər