Vergilər Nazirinin müşaviri vəzifəsindən azad edilən Habil Məmmədovun vergi orqanlarında çalışdığı vəzifələr (SİYAHI)

Vergilər Nazirinin müşaviri vəzifəsindən azad edilən Habil Məmmədovun vergi orqanlarında çalışdığı vəzifələr (SİYAHI)

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyində aparılan struktur dəyişikliyə əlaqədər olaraq, verrgilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib. Habil müəllimin uzun müddət vergi orqanlarında çalışdığını və həmkarlamız üçün tanış sima olduğunu nəzərə alaraq, onun tərcümeyi halını təqdim edirik:
Məmmədov Habil Amil oğlu 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. 1995-1997-ci illərdə Qaradağ rayonu üzrə Dövlət Vergi Müfəttişliyində Hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 1997-2000-ci illərdə Nərimanov rayonu üzrə Dövlət Vergi Müfəttişliyi və Xətai rayonu Vergi İdarəsində Nəğd hesablaşmaların aparılması qaydalarına nəzarət şöbəsində müxtəlif vəzifələrdə işləyib.

2000-2002-ci illərdə Səbail rayonu Vergi İdarəsində Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbəsinin rəisi, 2002-2005-ci illərdə müvafiq olaraq Bakı şəhəri Vergilər Departamentində Bəyannamələr şöbəsinin rəisi, Vergi borclarının alınması işinin təşkili şöbəsinin rəisi, Departamentin 2 saylı filialının rəisi, 2005-2007-ci illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi, 2007-2009-cu illərdə Operativ nəzarət idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib. 2009-2015-ci illərdə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsini tutub.
H.Məmmədov bundan əlavə 2015-2016-cı illərdə Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri-Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi vəzifələrində, 2016-cı ilin fevral ayından Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində çalışıb.
2016-cı ilin noyabr ayından Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi, 2017-ci ilin yanvar ayından Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru vəzifəsini tutub. 2017-ci ilin iyul ayından isə Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsində işləyib.
2017-ci ilin avqust ayından Vergilər nazirinin müşaviri - Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı vəzifəsində çalışıb,
Ailəlidir, iki övladı var.

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər