Xaricdən şəxsi istehlak üçün məhsul gətirənlərin DİQQƏTİNƏ: İcazə verilən SAY AZADILIR...

Xaricdən şəxsi istehlak üçün məhsul gətirənlərin DİQQƏTİNƏ: İcazə verilən SAY AZADILIR...

Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır.  “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu, Vergi Məcəlləsinə dəyişiklik ilə bağlı qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır. Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər. Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir. Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 

0 Komment

    Şərh yazın

    Xəbərlər