Diqqət! "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nə Müavinətlərlə bağlı ƏLAVƏ SƏTİR

Diqqət! "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nə Müavinətlərlə bağlı ƏLAVƏ SƏTİR

Bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən, bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Mövzu ilə bağlı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev açıqlama verib: "Ən mühüm və ciddi dəyişikliklərdən biri «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin yeni formada tərtib edilməsindən ibarətdir. Əvvəlki qaydalara əsasən, müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitlərin bəyannamələrdə əks etdirilməsində problemlər yaranırdı. Belə ki, dövlət sosial müdafiə orqanları tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitdən tutulan gəlir vergiləri büdcəyə ödənilir, lakin həmin şəxslər digər vergi ödəyicilərinin işçiləri olduğuna görə hesablamaların şəxsi vərəqələrdə əks olunması məsələlərində çətinlik yaranırdı. Yəni, həmin vəsaitlərin hesabatda hansı qaydada əks etdirilməsi qaranlıq qalırdı. Burada dürüstlük, hesabatlılıq, konkretlilik yox idi. Eyni zamanda, həmin sahədə süni olaraq artıq ödəmələr yaranırdı.

Vergilər Nazirliyi sosial müdafiə orqanları tərəfindən daxil olan təklif və müraciətləri nəzərə alaraq, həmin sahə üzrə yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə yeni sətirlərin əlavə edilməsini qərara aldı. Beləliklə, dəyişikliklərdən sonra müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsi mümkün olacaq. Eyni zamanda, həmin sahədə vergilərin bəyannamədə əks etdirilməsi ilə bağlı meydana çıxan digər problemlər də aradan qalxacaq. Yeri gəlmişkən, vergi ödəyiciləri və digər şəxslərə məlumat üçün bildirmək istəyirəm ki, qaydalarda göstərildiyi kimi, bəyannaməyə edilmiş həmin sətir bölməsi yalnız dövlət sosial müdafiə orqanları tərəfindən tərtib edilməlidir, digər vergi ödəyicilərinin bəyannamənin həmin hissəsinin doldurulmasına aidiyyəti yoxdur."

Mənbə: vergiler.az

 SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər