Milli Məclisin komitə sədri: "Vergidən azadolmalar araşdırmalıdır"

Milli Məclisin komitə sədri: "Vergidən azadolmalar araşdırmalıdır"

"Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir". "Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclsin iqtisadi siyasət. sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. "Düşünürük ki, bunun nəticəsində vergi yığımı bazası genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünki mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldıra bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər. Bizdə yeni iqtisadiyyat qurulur. Sənayeləşməni uğurla aparırıq. Bunun üçün də azadolma olmalıdır. Lakin burada əsas məsələ əhalinin sosial rifahı və yeni avdanlıqlar olmalıdır", - deyə o, qeyd edib. 

Xatırladaq ki, Milli Məclisin bu günki plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər