Vergilər Nazirliyinə icarədən vergi bəyannaməsi ilə bağlı maraqlı sual

Vergilər Nazirliyinə icarədən vergi bəyannaməsi ilə bağlı maraqlı sual

Sual: Sadələşdirilmiş vergi ödəyici olan hüquqi şəxs icarəyə götürdüyü obyektlə əlaqəli hansı bəyannamə təqdim etməlidir? ÖMV və ya Sadələşdirilmiş VB Əlavə?
Leyla Əfəndiyeva Nemət, [email protected], Bakı (22.05.2018) 

Cavab: Bildiririk ki, ödəmə mənbəyindən vergini yalnız icarə haqqlarından tutmalı olan sadələşdirilmiş vergi ödəyiciləri “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 4-cü bölməsini və Əlavə 2 təqdim etməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş olurlar. Lakin hesabat rübü ərzində sadələşdirlmiş verginin ödəyicisinin icarəyə götürülmüş əmlak üçün ödənilən icarə haqqından başqa digər ödənişlərdən (dividend, faiz, qeyri-rezidentlərə ödəmələr və s.) ödəmə mənbəyində verginin tutulması öhdəliyi də yaranarsa, bu halda “Sadələşdiirlmiş verginin bəyannaməsi”nin 4 nömrəli bölməsi və həmin bəyannaməyə 2 nömrəli əlavə doldurulmur və həmin hesabat dövrü üçün icarəyə götürülmüş əmlak üçün ödənilən icarə haqqı və digər ödənişlər əks olunmaqla tərtib edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” tərtib edilərək vergi orqanına təqdim edilir.

Bax: Vergilər Nazirinin 16 oktyabr 2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş ““Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər