Vergilər Nazirliyi: 2019-cü ldən Yeni dəyişiklik ... Vergi nəzarəti sərtləşdirililir

Vergilər Nazirliyi: 2019-cü ldən Yeni dəyişiklik ... Vergi nəzarəti sərtləşdirililir

Vergilər Nazirliyi 2019-cu il üçün vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlayıb. “Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF-2018) Nazirliyin nümayəndəsi Nicat İmanov deyib. “Ötən il vergi qanunvericiliyi dəyişmədi. Böyük dəyişiklik üçün bir il gözlənilməlidir. Beləliklə, 2019-cu il üçün dəyişikliklər paketi hazırlanıb”, - deyə o qeyd edib.

Bundan başqa, N.İmanovun sözlərinə görə, Azərbaycanda uçotun təkmilləşdirilməsi Vergilər Nazirliyinin əsas məqsədlərindən biridir: “Bu il vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından tədbirlər həyata keçiriləcək. Həmçinin vergi nəzarətinin sərtləşdirilməsi nəzərdə tutulur. Sahibkarlar vergi öhdəliklərini düzgün yerinə yetirmədikdə sanksiyalarla üzləşəcək".

1 Komment

  1. MAHİDOV ARIF 29 Noyabr 2018

    Yeni vergi məcəlləsində Qarabaq müharibəsi iştirakçilarına verilən vergi güzəşti ləğv olunur?

Şərh yazın

Xəbərlər