Sahibkarlardan Vergilər Nazirinə narazı olduqları hesablama üsulu haqqında məlumat

Sahibkarlardan Vergilər Nazirinə narazı olduqları hesablama üsulu haqqında məlumat

Vergilər Naziri ilə sahibkarların bu gün keçirilən görüşündə iş adamları bəzi təkliflərinin səsləndiriblər:

1) Vergi dərəcələrinin aşağı salınması

2) Ayrı-ayrı sektorlar üçün vergi tətilləri və güzəştlərin tətbiqedilməsi

3) Sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyə həcminin indiki 200 min manatdan 500 min manata qaldırılması

4) Ayrı-ayrı sektorlar üçün təviqat məqsədli güzəştlərin verilməsi də təklif edilib. Bu təkliflərdən biri yeni fəaliyyətə başlayan hotellərin 3 illik müddətində minimum vergi ödəməsi ilə bağlıdır. Təklif müəlliflərinin fikrincə, bu yenilik xüsusilə regiondakı hotellərin fəaliyyətinə dəstək ola bilər.

Digər təklif nazirlik və sahibkarlar arasında şəffaf mühitin yaradılması və iş admmlarına yanaşmada ayrı-seçkiliyin tətbiq edilməməsi ilə bağlı olub. İş adamları bildiriblər ki, xususilə xronometraj və analizlərdən istifadə edəcək əlavə ödənişlərin təyin edilməsi ilə bağlı mübahisəli məqamlar yaranır.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər