Mikayıl Cabbarov: "Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır"

Mikayıl Cabbarov: "Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır"

Vergilər Nazirlyinin vergi ödəyicilərinə hansı yanaşması mənfi amil kimi qiymətləndirildi?
 
Vergilər naziri Mikayıl Cabbarov  “Vergilər.Şəffaflıq.İnkişaf” adlı konfransda çıxışında  bildirib ki, qanun hər kəsə eyni tətbiq edilməlidir: “Bazar iqtisadiyyatında heç kimə güzəşt edilməyəcək. Vergilər sistemində kadr islahatlarına artıq başlanılıb və vergi orqanlarının səlahiyyəti yenidən müəyyənləşdiriləcək”.  
Nazir deyib: “Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədə iqtisadi artım üçün ən əlverişli şərait təmin edilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, Vergilər Nazirliyi üçün fiskal siyasətin yerinə yetirilməsi asanlaşır. Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın üzərində olacaq”. 
M.Cabbarov qeyd edib ki, Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib: “Bu isə mənfi amildir. Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq".

0 Komment

    Şərh yazın

    Xəbərlər