DİQQƏT! "Asan imza" sertifikatı bağlı iki ŞAD və bir BƏD xəbər

DİQQƏT! "Asan imza" sertifikatı bağlı iki ŞAD və bir BƏD xəbər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib. Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.

Elektron Xidmət vasitəsiylə “Asan İmza” sertifikatları ilə bağlı iki funksiyanı həyata keçirmək mümkündür:

1) Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması

Açıqlama: Şəxs "Asan imza" malik olduğu halda sahibkar, dövlət və bələdiyyə tipli "Asan İmza" sertifikatının onlayn əldə edə bilər.

Prosesin necə həyata keçirilməsi təlimatla tanış ola bilərsiniz.

2) Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi 

Açıqlama: Vergi ödəyicisi "e-taxes.gov.az" saytının "Asan İmza” ilə giriş pəncərəsinə “Asan İmza” mobil nömrəsi və İstifadəçi ID-si daxil edərək siyahıdan “Qüvvədə olan Asan İmza ilə yeni sertifikatın alınmasına dair müraciət” xidməti seçməlidir. Göründüyü kimi, vergi ödəyicisi aktiv "Asan imza"ya malik olmalidir ki, sertifikatı onlayn yenilənmə imkanına malik olsun . Bundan əlavə, vergi ödəyicisi elekton olaraq "Asan imza" sertifiikatının yenilənməsi üçün onlayn ərizə ilə müraciət etdikdən sonra fiziki olaraq, sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

Prosesin necə həyata keçirilməsi ilə bağlı geniş məlumat əldə etmək üçün Təlimatla tanış ola bilərsiniz.

Zəruri qeyd: Vergi ödəyicisinin "Asan imza" sertifikatının vaxtı bitibsə, o zaman onlayn müraciət etmək imkanını itirir və öncəki qaydada fiziki olaraq vergi orqanının müvafiq bölməsinə müraciət etməklə "Asan imza" sertifikatını yeniləyir.

0 Komment

    Şərh yazın

    Xəbərlər