Pandemiya ilə bağlı Vergi Məcəlləsinə hansı dəyişikliklər ediləcək? (SİYAHI)

Pandemiya ilə bağlı Vergi Məcəlləsinə hansı dəyişikliklər ediləcək? (SİYAHI)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib.  Tədbirlər Planının icrasında sahibkarlara dəstək 3 əsas istiqamət üzrə işlər həyata keçirilir:

  • Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi;
  • Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi;
  • Vergi stimullarının verilməsi

İlk iki istiqamət üzrə saytımızda kifayət qədər məlumat vermişik.  Bu yazımızda  Vergi Məcəlləsi və "Sosial Sığorta haqqında" AR Qanununa edilməsi nəzərdə tutulan dəyişikliklər haqqında məlumat verəciyik. 

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı TƏDBİRLƏR PLANInın İQTİSADİ FƏALLIĞIN QORUNMASINA VERGİ STİMULLARININ VERİLMƏSİ İSTİQAMƏTİNDƏ aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:

  • mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi;
  • əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;
  • vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;
  • mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi;
  • mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması;
  • pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması;
  • əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi;
  • əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsi;
  • epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması;
  • icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi;
  • ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə 3 salınması;
  • bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması.

Qeyd edək ki, Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" AR Qanuna dəyişikliklərlə bağlı işlər yekinlaşmaq üzrədir və yaxın zamanlarda  Milli Məclisin müzakirəsinə təqdim ediləcək.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər