İşçilərin əmək haqqısı ilə bağlı dövlətdən maliyyə dəstəyi almaq üçün necə müraciət edilməlidir? (Misalla İZAH)

İşçilərin əmək haqqısı ilə bağlı dövlətdən maliyyə dəstəyi almaq üçün necə müraciət edilməlidir? (Misalla İZAH)

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı vergi ödəyicilərinə müraciət edib: "Hörmətli Vergi ödəyiciləri,  Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciəti uyğun birbaşa keçidlər və ya aşağıda qeyd olunan keçid yolu vasitəsilə təqdim edə bilərsiniz. Giriş > "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü - "Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət".

İndi isə prosesi misal üzrə izah edək. İlk olaraq, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı sahibkarlara maliyyə dəstəyi üzrə müraciət formasından başlayaraq. Bunun üçün, vergi ödəyicisi e-taxes.gov.az saytından "online kargüzarlıq" bölməsinə daxil olmaq lazımdır. Vergi ödəyicisi "Onlayn kargüzarlıq və e-VHF" bölməsindən "Yeni müraciət" üzrə "Müraciətin növü - Ərizə" də "Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət" seçilməlidir.

Növbəti səhifədə vergi ödəyici Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi proqramından istifadənin yaratdığı öhdəliklərə razılığını bildirməlidir.

ÖHDƏLİK

1. Koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir;

2. Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır;

3. Qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilməlidir.

Yuxarıda göstərilənlərlə bağlı pozuntu hallarına yol verildiyi və ödənilmiş vəsaitdən təyinatı üzrə istifadə edilmədiyi halda həmin vəsaitin dövlət büdcəsinə qeyd-şərtsiz geri alınması ilə razıyam.

 

Öhdəliklə razılıq verdikdən sonra, növbəti səhifədə vergi ödəyicisi bank hesabları, zərər çəkdiyi fəaliyyət istiqaməti və işçiləri haqqında məlumatı daxil etməlidir. Hər bir işçi üzrə məlumatlar ayrıca təqdim olunmalıdır.

 

3 Komment

  1. Orucova Vəfa 09 Aprel 2020

    salam. bizim cəmiyyətimizdə 26 nəfər işci var. sistem say olaraq 26 nəfər göstərir. lakin siyahını acdıqda 25 nəfərin adı var. onlardan 1 nəfər bizim işci deyil . iki nəfər işcinin isə adı siyahıda yoxdur. 195 zəng etdim cavab olmadı. siyahını necə düzəldə bilərəm. təşəkkür edirə.

  2. Elvin 26 Aprel 2020

    Salam mene ayrilan emek haqqini nece oyrene bilerem

  3. Vüsalə 07 May 2020

    Salam Bizim şirkətin iki obyekt var. 08.04.2020-ci ildə Əmək ödənişlərinin dəstək proqramı ilə bağlı müraciətimizdə obyektin bir kodu 55100 üzrə olan 12 nəfər işçinin məlumaları keçmiş,2-ci kod 56100 üzrə olan 26 nəfər isə sistemin texniki səhvinə gğrə dəsəkdən yararlana bilməmişdir 09.04.2020-ci il tarixindən yazdıgımız cox saylı məktublara və şikayətlərə rəğmən shirkətin 26 nəfər işçisi barəsndə bizə heç bir məlumat verilmədi. həmçinin dəfələrlə etdiyimiz zənglərə isə cavab olaraq isə şirkət tərəfindən yazılan məktubların çox olması ilə əlaqəda giley-güzrdan başqa heş nə eşitmədik Bu haqda kimə müraciət etmək olar? Xahiş edirik,problemin həll olunması üçün bizə yardım edəsiniz

Şərh yazın

Xəbərlər