Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə  qərar verib. Nazirlər Kabinetinin qərarı ilə xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Qeyd edək ki, fevral ayı üzrə ƏDV bəyannaməsinin son təqdim tarixi 29 mart 2020-ci il olduğu halda, mənfəət və gəlir vergisi bəyannamələr üzrə 31 mart 2020-ci il tarix hesab edilirdi. 25 mart 2020-ci il tarixdə mks.az saytı olaraq bildirdik ki, hər iki bəyannamə üzrə son təqdim etmə tarixi 06 aprel 2020-ci il hesab ediləcək.