Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, vergi orqanlarına təqdim edilən fevral ayı üzrə ƏDV, 2019-cu il üzrə mənfəət və gəlir vergisi bəyannamələrinin təqdim edilmə vaxtının uzadılıb-uzadılmaması ilə bağlıdır. Qeyd edək ki, fevral ayı üzrə ƏDV bəyannaməsinin son təqdim tarixi 29 mart 2020-ci il olduğu halda, mənfəət və gəlir vergisi bəyannamələr üzrə 31 mart 2020-ci il tarix hesab edilirdi.
Nazirlər Kabinetinin qərarı ilə xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. O səbəbdən hər iki bəyannamə üzrə son təqdim etmə tarixi 06 aprel 2020-ci il hesab edilməsi gözlənilir.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.