Cümə axşamı, 12 Mart 2020 08:12

Vergi imtahanının vaxtı dəyişdirildi (RƏSMİ)

Vergilər Nazirliyi bildirir ki, ölkədə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə əlaqədar dövlət vergi orqanlarına işə qəbul prosesinin tarixlərində müəyyən dəyişikliklər edilib. İşə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi 25.04.2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Bununla əlaqədar müsabiqəyə sənəd qəbulunun vaxtı da uzadılıb və Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 03.04.2020-ci il saat 24:00-dək həyata keçiriləcək.

Müsabiqə və test imtahanlarının keçirilməsi ilə bağlı müəyyən edilmiş digər zəruri tələblərə və tarixlərə edilmiş dəyişikliklər barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək mümkündür.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Şərh yazın