Cümə axşamı, 09 Yanvar 2020 12:28

DİQQƏT! ƏDV ödəyiciləri YENİ formanı göndərməsə, əlavə ƏDV məbləği hesablanacaq (1-ci yazı)

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun Keçid müddəasına əsasən, 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə məlumat formasını 2020-ci il 31 yanvar tarixinədək vergi orqanına təqdim etməlidirlər.

Bu səbəbdən də, Vergilər Nazirliyi “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması” və onun tərtib edilməsi qaydasını təsdiq edib. Məlumat formasının hazırlanmasında səbəb Vergi Məcəlləsinin 166-cı maddəsinin yeni redaksiyada təsdiq olunması ilə bağlıdır. Vergi orqanları 1 yanvar 2020-ci il tarixdən ƏDV tutulan əməliyyatın vaxtını kassa metodu ilə tanıyacaqlar. Mks.az saytının ekspertləri qaydalarla bağlı bəzi maraqlı məqamları şərh edirlər.

Qaydaya əsasən, bu forma 01.01.2020-ci il tarixədək qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən 01.01.2020-ci il tarixdən 31.01.2020-ci il tarixinədək təqdim olunur. Müvafiq forma təqdim edilmədikdə (və yaxud heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 01.01.2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur.

Misal 1.  ƏDV ödəyicisi olan “A” MMC 15 dekabr 2019-cu il tarixdə 30 000 manatlıq mal satıb. Qarşı tərəf həmin malın dəyərini 31 dekabr 2019-cu il tarixə kimi ödəməyib. Bu zaman vergi ödəyicisi 30 000 manatı debitor borc kimi qeydə almalıdır və müvafiq formada qeyd etməlidir.

Misal 2. ƏDV ödəyicisi olan “A” MMC 10 dekabr 2019-cu il tarixdə 20 000 manatlıq mal satıb. Qarşı tərəf həmin malın dəyərini 31 dekabr 2019-cu il tarixə kimi ödəməsə də, vergi ödəyicisi məlumat formasında bu debitor borc haqqında məlumat vermir. Ödəniş yanvar ayında daxil olur amma qarşı tərəf debitor borc kimi qeyd etmədiyi üçün, vergi orqanı həmin ödəniş üzrə ƏDV-nin yanvar ayının hesabatında əks olunması tələb edə bilər.

Vergi ödəyicisi həmin debitor borcu üzrə ƏDV-ni dekabr ayının bəyannaməsində qeyd etdiyi üçün, əlavə sualların yaranmasına səbəb olacaq.

  "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabının təkmilləşdirilmiş ikinci nəşri 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

 

 

Şərh yazın