Çərşənbə, 08 Yanvar 2020 06:15

YENİLİK! Operativ vergi nəzarəti zamanı yoxlanılası sənədlərin siyahısı artırılıb (Sİyahı)

Xəbər verdiyimiz kimi, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə təklif edilən dəyişiklər Milli Məclis tərəfindən qəbul edilərək təsdiqlənməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Mks.az saytı gözlənilən dəyişikliklər haqqında mütəmadi yazılar hazırlayaraq çap edib, eyni zamanda 300-ə yaxın mühasib üçün seminar keçirib. Bu yazımızda Vergi Məcəlləsinə təklif edilən daha bir maraqlı dəyişiklik haqqında məlumat verəcəyik.

50.1.13-cü maddə aşağıdakı redaksiyada verilsin:
“50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi.”;

50.1.13. malların bu Məcəllə ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi.
Açıqlama: Operativ vergi nəzarəti tədbirləri zamanı yoxlanılası sənədlərin əhatə dairəsi genişləndirilib. Əvvəllər vergi orqanı 50.1.13-cü maddə üzrə ancaq malların elektron qaimə-faktura əsasında alınmasını yoxlayırdısa, 1 yanvar 2020-ci il tarixdən etibarən vergi orqanı artıq aşağıdakı sənədlərin olmasına diqqət yetirəcək:
- elektron qaimə-faktura;
- əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı;
- idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys),;
- alış aktları və ya elektron alış aktları;
- elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı;
- Qaytarılmış mallara dair malların qaytarılması aktı;
- malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası.

 "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabının təkmilləşdirilmiş ikinci nəşri 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

Şərh yazın