Çərşənbə, 20 Noyabr 2019 08:05

Vazeh Cəmidən kənd təsərrüfatı ilə bağlı təklif

Vazeh Cəmi, hüquqşünas

Fermer vergi uçotuna durursa, subsidiyaların verilməsi plastik karta yox, birbaşa hesablaşma hesabına köçürülsə, daha məqsədə uyğun olar. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vergi uçotuna alınması onların onlayn kargüzarlıq vasitəsi ilə istədikləri bank qurumuna dublikat şəhadətnamə göndərməklə, cari hesab açmalarına şərait yaradacaq. Bundan sonra fermerlər subsidiyanı, bank kartı ilə almaz əvəzinə vergi subyektinin cari hesablaşma hesabına qəbul edə bilərlər.

Fermer əkin məlumatlarının qeydiyyatını apararkən, bankdan əldə etdiyi özünə məxsus olan bank rekvizitlərini də Elektron Kənd Təsərrüfatı İnformasiya sistemində yerləşdirə bilsə, təklifimizin faydası daha çox olar. Qeyd edim ki, belə əməliyyat həm nəğdsiz hesablaşmaların artmasına, həm də dövlət hesabına plastik kartlara çəkiləcək xərcin minimuma endirilməsinə imkan verər.

Şərh yazın