Çərşənbə axşamı, 05 Noyabr 2019 10:56

Nicat İmanov: "Bəzi vergi ödəyicilər üçün sosial hesabatlığın ləğv edilməsi və sosial ayırmaların azadılması nəzərdə tutulur"

Vergilər Nazirliyi ilə ATV Kanalinın birgə layihəsi olan “İqtisadi Zona” proqramının 3 noyabr 2019-cu il tarixli buraxılışında böyük dövlət vergi müfəttişi Gunel Bəhramqızının qonağı Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin idarə rəisi Nicat İmanov olub. Veriliş zamanı Nicat İmanov 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilməsi təklif edilən dəyişikliklər haqqında maraqlı açıqlamalar verilib.

Mks.az saytı olaraq həmin açıqlamaları hissə-hissə təqdim edəciyik.

Nicat İmanov bildirib ki, bəzi mikro sahibkarlıq subyektləri üçün güzəştlərin tətbiq ediləciyini gözlənilir: “Mikro sahibkarlıq subyektinə aid edilən bəzi həssas təbəqəmiz var ki, onları hesabatlılıqdan azad etmişik. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almaqla fəaliyyət göstərən bu tip vergi ödəyicilərinin vergi yükünün azadılması da təklif edilən dəyişikliklərdə nəzərdə tutulur. Belə ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan vergi ödəyiciləri 30 yox 20 manat, Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət növü ilə məşğul olanlar isə 30 yox 15 manat məbləğində sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödənilməsi təklif edilir. Bir məsələni də qeyd etmək istəyirəm ki, təklif edilən dəyişikliklərə əsasən, "sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" alan vergi ödəyiciləri vergi hesabatlığı ilə yanaşı sosial hesabatlıqdan azad ediləcək. Həmçinin, həmin vergi ödəyicilərinin minimum əmək haqqının 50 vəya 20 faizi yox, daha az məbləğdə (təxminən 5 faiz) aylıq sosial sığorta ödənişi həyata keçirməsi də təklif edilir.”

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın