Cümə, 12 İyul 2019 12:51

Mühasiblər üçün BƏD yoxsa ŞAD xəbər: vergi orqanı ƏDV bəyannaməsini avtomatik hazırlayacaq

Vergilər Nazirliyi "Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" qaydalarını və bununla bağlı bildiriş formasını təsdiq edib. 

Qaydalar Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatı tətbiq etməklə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti ilə bağlı məsələləri tənzimləyir.

"ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" xidməti dedikdə, həmin bəyannamələrin Vergilər Nazirliyinin uçot-baza məlumatları əsasında vergi orqanları tərəfindən hazırlanması nəzərdə tutulur. Bu xidmətdən yalnız Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan, nəzarət-kassa aparatından istifadə edən kiçik sahibkarlıq subyektləri faydalana biləcəklər. Kiçik sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları"na əsasən müəyyən ediləcək.

ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti yalnız vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayan, eləcə də bəyannamə və hesabatları elektron formada təqdim edən vergi ödəyiciləri üçün nəzərdə tutulub. Yeni qaydalar sahibkarların ƏDV bəyannamələrinin tərtibi ilə bağlı maliyyə sanksiyalarına məruz qalma risklərini, bəyannamənin tərtibatına sərf edilən vaxtlarını və inzibati xərclərini minimallaşdırmaq məqsədi daşıyır.

ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması zamanı bir sıra informasiya sistemlərindən, o cümlədən dövlət reyestri, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı, elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük bəyannaməsi, notarius, ƏDV depozit hesabı və əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatlarından istifadə olunacaq.

Qaydalara əsasən, vergi ödəyicisi bu xidmətdən istifadə üçün ərizə ilə müraciət etdikdə, vergi orqanı 5 iş günü ərzində ona ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidmətinə qoşulması barədə bildiriş göndərməlidir. Yeni xidmətdən istifadə hüququ əldə edən vergi ödəyicisinin ƏDV bəyannaməsi hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində müvafiq vergi orqanı tərəfindən elektron formada hazırlanaraq vergi ödəyicisinə təqdim olunacaq.

Zərurət yarandığı təqdirdə, vergi ödəyicisi göndərilmiş bəyannamədə müvafiq dəqiqləşdirmələr apara bilər. Ancaq bunu ƏDV bəyannaməsinin təqdim olunması müddəti başa çatanadək etməli və bəyannaməni təsdiqləməlidir. ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək vergi ödəyicisi tərəfindən təsdiqlənmədiyi təqdirdə, bəyannamə artıq təsdiqlənmiş hesab olunur və bu barədə ona müvafiq bildiriş göndərilir.

Qaydalara əsasən, vergi orqanı tərəfindən ƏDV bəyannaməsi əvvəlcədən hazırlanaraq vergi ödəyicisinə göndərildikdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində göstərilən məlumatların Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla dəqiqləşdirilməsi hüququ vardır. Bununla yanaşı, vergi ödəyicisi ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması xidmətindən imtina edə bilər.

Mənbə: vergiler.az

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın