Çərşənbə, 03 İyul 2019 10:49

Aydın Kərimovdan Altay Cəfərovla Natiq Şirinovun polemikasına münasibət

Tanınmış mühasib, "Mühasibat uçotu və vergilər" kitabının müəllifi Aydın Kərimov Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay

Cəfərovla Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov arasında  əksik gələn malların vergi öhdəliyi məsələsi ilə bağlı yaranan polemikya münasibət billdirib: "mks.az saytında hörmətli auditor Altay müəllim və Vergilər Nazirliyinin rəsmisi Natiq müəllim anbardakı mal probleminə toxunublar. Bu məsələyə mən də öz fikrimi bildirmək istəyirəm. 159.5-ci maddənin məğzi ondan ibarətdir ki, mallar sənədlə (ƏDV-ni əvəzləşdirməklə) alınıbsa, sənədlə də satılmalıdır (ƏDV-ni hesablamaqla). Qeyri-rəsmi satıldıqda isə praktikada bu hallarda malların əskik gəlməsi yox artıq gəlməsi problemi yaranır.  Bizdə ən çox rast gəlinən hal odur ki, vergi ödəyicisi malı sənədsiz birinə satır (alıcı sənəd istəmədikdə), saxta bir şirkət tapıb sənədi digərinin adına yazır. Təbii ki, müvafiq icra hakimiyyətinin sənədi olmasa malları məhv olmuş, xarab olmuş, yanmış və s kimi çıxdaş etmək olmaz.
Mal anbarda sənədsiz olduqda 58.8.2-ci maddə tətbiq oluna bilər. Məncə müvafiq hallarda qanunvericilikdə bir boşluq yoxdur."

"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 
 

Şərh yazın