Şənbə, 05 May 2018 18:56

Vergilər Nazirinin çıxışına FƏRQLİ YANAŞMA: "... çox sərtləşmə ehtimalının "iyi" gəlir"

İqtisadçı ekspert Rəşad Əliyev sosial şəbəkədə Vergilər Naziri Mikayıl Cabbarovun sadələşdirilmiş vergi ödəyicilərinin güzəşt tətbiqi məsələsi ilə bağlı öz mövqeyini bildirib: " "Əgər siz təklif etdiyiniz kimi, limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarına xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir" - Vergilər Naziri bildirib. Bununlada hesab etmək olar ki, sadələşdirilmiş vergi üzrə güzəştlərin artırılmasını gözləməyə dəyməz. Ancaq burda başqa bir incə məsələ var. Burda söhbət təkcə 3%-nin maraqlarından getmir. Dövrüyyə 500 minə qaldırılsa elə o qədərdə ƏDV ödəyicisi sadələşdirilmiş vergiyə keçəcək (dövrüyyələri 500 mindən az olanlar). Bu isə vergi yığan qurum üçün böyük itkilər deməkdir. Daha incə məsələ odur ki, sadələşdirilmiş vergi ilə bağlı digər sözlərdə deyildi. Məncə burda sadələşdirilmiş vergi üzrə güzəştlərdən çox sərtləşmə ehtimalının "iyi" gəlir.

 

Şərh yazın