Vergilər Nazirliyindən bir daha təsisçidən borc məsələsinə dair AÇIQLAMA

Vergilər Nazirliyindən bir daha təsisçidən borc məsələsinə dair AÇIQLAMA

Sual: Təsisçi hüquqi şəxsə faizsiz olaraq 100000 manat borc vermişdir. Həmin borc təsisçiyə 4 ay sonra geri qaytarılarkən ödəmə mənbəyindən hər hansı vergi hesablanır ya yox? Və hesablannmış vergi qaydası necə olur? Həmin borc təsisçiyə geri qaytarılarkən təsisçi 1 dəfəyə hesablaşma hesabından tam həcmdə (yəni 100 000 mantı) məbləği çəkə bilər? Təşəkkür edirəm.
Mikayıl Abdiyev Fəhrəddin, [email protected], Abşeron rayonu (09.03.2018)
 
Cavab: Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
 
Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
 
Eyni zamanda bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla  müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər.
 
Bununla yanaşı, vergi ödəyicisi olan təsisçi tərəfindən tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesabından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutulur.
 
Bax: Vergi Məcəlləsinin 14-cü və 220.12-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

0 Komment

    Şərh yazın

    Xəbərlər