Çərşənbə, 07 Noyabr 2018 11:13

Maliyyə nazirinin Ezamiyyə normaların artırılması ilə bağlı mövqeyi

Milli Məclisin ezamiyyə xərclərinin artırılması təklif edilir. Modern.az-ın məlumatına görə, bunu deputat Fəzail Ağamalı parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib.   Deputat bildirib ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır.  “Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamnetlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın”.

“Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə baxılır”. Bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, ölkə daxilində ezamiyyə xərcləri artırılıb.  “Xarici ezamiyyə xərcləri ilə bağlı normalara baxılması vaxtaşırı olaraq həyata keçirilir. Biz buna növbəti ildə baxılmasını planlaşdırmışıq. Amma mən bildiyim qədər söhbət normalardan deyil, Milli Məclisə ayrılan ezamiyyə vəsaitlərindən gedir. Maliyyə Nazirliyinə Milli Məclisin İşlər idarəsi tərəfindən müvafiq dəqiqləşmələrlə bağlı məlumat daxil olub. Biz onları nəzərdən keçiririk”. 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın