Məşğulluğa təqdim olunan hesabatda səhv olarsa, cərimə hesablanır?

Məşğulluğa təqdim olunan hesabatda səhv olarsa, cərimə hesablanır?

mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam, əgər məşğulluğa göndərdiyiniz hesabatda hər hansı yalnışlıq varsa, bizə qarşı nə tətbiq oluna bilər?
Aliya Qurbanlı

Cavab: Sualınızın cavabı üçün AR İnzibati Xətalar Məcəlləsinə nəzər yetirək.

Maddə 540. Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi

540.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilər və ya boş iş yeri (vakansiya) barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə-
əlli manat məbləğində cərimə edilir.

Maddədən aydın olur ki, inzibati cərimə hesabatın verilməməsinə görə tətbiq olunur. Dürüst olmayan məlumatların və hesabatların verilməsinə görə cərimə görünmür. Amma bu o demək deyil ki, hesabatlar səhv verilməlidir. Hər hansı düzgün olmayan məlumatlar varsa, onu dəqiqləşdirib təqdim etmək lazımdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər