GÖZLƏNİLƏN XƏBƏR! İşsizlik siğortası üzrə büdcə təsnifatı müəyyən edildi

GÖZLƏNİLƏN XƏBƏR! İşsizlik siğortası üzrə büdcə təsnifatı müəyyən edildi

Nazirlər Kabinetinin 9 yanvar 2018-ci il tarixli, qərarı ilə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilib.

Həmin qərara əsasən,  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə aşağıdakı dəyişikliklər edilib:

1.1.  həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:

6.2.1. “İşsizlik” paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.”;

1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:

1.2.1. “212300. İcbari tibbi sığorta” paraqrafından sonra “212400. İşsizlikdən sığorta” paraqrafı əlavə edilsin;

1.2.2. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı “İşsizlikdən sığorta ödənişləri” adlandırılsın;

1.2.3. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” adlandırılsın.

1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:

1.2.4.1. “212000. Əmək haqqına üstəlik” köməkçi bölməsində “və “212300. İcbari tibbi sığorta” sözləri “, “212300. İcbari tibbi sığorta” və “212400. İşsizlikdən sığorta” sözləri ilə əvəz edilsin;

1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin:

“212400. “İşsizlikdən sığorta” paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.”;

1.2.4.3. “270000. “Təqaüdlər və sosial müavinətlər” bölməsinin birinci cümləsindən “işsizlərə,” sözü çıxarılsın və ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsizlikdən sığorta ödənişlərinin” sözləri ilə əvəz edilsin.”;

1.2.4.4. “272100. Sosial yardımlar üzrə ödənişlər” paraqrafında “işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə” sözləri “işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə” sözləri ilə əvəz edilsin;

 1.2.4.5. “272180. İşsizliyə görə verilən müavinətlər” paraqrafı aşağıdakı redaksiyada verilsin:

 “272180. İşsizlikdən sığorta ödənişləri” maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir.”.

1.2.4.6. “272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” paraqrafı aşağıdakı redaksiyada verilsin:

 “272190. “İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri” maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir.”

Bu məntiqlə,   işəgötürənin hesabladığı 0.5 faizlik icbari sığorta tarifi zamanı “212400. İşsizlikdən sığorta” təsnifat kodunu qeyd etmək lazimdir.

Bütün hallarda, rəsmi yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini gözləmək daha düzgün olardı.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər