Baş Nazirin icazələrlə bağlı SON QƏRARın sadə dildə İZAHI

Baş Nazirin icazələrlə bağlı SON QƏRARın sadə dildə İZAHI

Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 - saylı Qərara dəyişikliklər əsasında fəaliyyətinə icazə verilən sahələrdə işə cəlb olunan əməkdaşların sayına limit qoyuldu.

YENİ QAYDALARIN SADƏ DİLDƏ İZAHI

Məsələn bir qurumun (həmin qurumların siyahısı aşağıda verilib) 100 işçisi varsa, onlardan 50-ni icaze.e-gov.az-a daxil edə bilər
Bir şirkətin əmək müqaviləsi ilə işləyən 100 işçisi varsa, maksimum xidməti müqavilə ilə çalışan 30 əməkdaşını portala əlavə edə bilər
Başqa sözlə, 100 əmək müqaviləsi ilə çalışan işçiyə münasibətdə 30, 200 işçiyə münasibətdə 60, 300 münasibətdə 90 nəfər xidməti müqavilə ilə işləyən əməkdaşı www.icaze.e-gov.az  portalına əlavə edə bilər.
Yəni 5 nəfər əmək müqaviləsi bağlanan əməkdaşı olan qurum və ya şirkət 30, 40, 50 xidməti müqavilə ilə çalışan işçiyə portalda icazə ala bilməz.
E-Təbib mobil tətbiqində “SMS göndər” funksiyası yaradılıb. Bu funksiya "İcazələrin alınması və monitorinqi sisteminə” inteqrasiya olunub.
8103 SMS icazə əvvəlki qaydada qalır. Həmçinin E-Təbib mobil tətbiqi ilə də icazə ala bilərsiniz.

İcaze.e-gov.az-da yeni funksionallıqlar yaradılıb:

İcazəsi alınan şəxsin telefon nömrəsini daxil etmək;
Təşkilatın öz nömrəsini və email ünvanını daxil etmək;
Dövlət və ya özəl təşkilat olduğunu qeyd etmək;
Bugünədək daxil edilən icazələrin içində hərəkət etmək;
Sonuncu funksiyaya limit qoyulub. Əgər təşkilat 100 işçi daxil edibsə, 101-ci işçinin portala əlavə olunmasına limit qoyulub. Rəhbər şəxs 100 nəfərin içindən birinin adını silərək digərini əlavə edə bilər.

Nazirlər Kabinetinin 220 №li Qərarı üç dəyişikliyi nəzərdə tutur

Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 - saylı Qərara dəyişikliklər edilib. Dəyişikliklər 3 hissədən ibarətdir.

Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.

İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən):

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.14.  qablaşdırma məhsullarının istehsalı; 

4.15. daş, metal və taxta məhsullarının istehsalı; 

4.16. mebel istehsalı və təmiri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 

5.6. onlayn satışlar.

6.2. kimyəvi təmizləmə; 

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 

6.4. avtomobillərin təmiri; 

6.5. avtomobil yuyulma məntəqələri; 

6.6. heyvan sığınacaqları;

 9.2. tərcümə xidmətləri.

Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Mənbə: Asanradio

 Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər