Bazar ertəsi, 16 Mart 2020 12:04

Millət Vəkili bəzi sosial ayırmaların azadılmasını təklif edib

İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Milli Məclisin komitəsində sahibkarlıq fəaliyyəti ilə bağlı bəzi sosial ayırmalarının azadılmasını müzakirəyə çıxardıb: "Bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin yeni tərkibdə ilk iclası keçirildi. İclasda yaxın zamanlarda nəzərdə tutulan məşğulluq üzrə dinləmələr ilə bağlı fikirlərimi bölüşməklə yanaşı sosial ayırma ilə bağlı məsələnin də komitənin fəaliyyət planına daxil olunmasını təklif etdim. “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi və məcburi sosial ödənişlər ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılması məqsədəuyğun olardı. Minimum əmək haqqının artırılması sosial təminat baxımdan təqdirəlayiq və vacibdir. Bununla yanaşı, minimm əmək haqqı məbləği artdıqca məcburi sosial ödəniş məbləğlərində də artım olur. Hazırda xidməti müqavilə ilə çalışan və 250 manat gəlir əldə edən vətəndaşımız 62 manat 50 qəpik sosial vergi ödəyir. Bu da kifayət qədər yüksək məbləğdir."

 

Şərh yazın