Bazar ertəsi, 29 Oktyabr 2018 06:59

İqtisadçı ekspert 2019-cu ildən hüquqi şəxslərin vergi yükünün artacağını bəyan edir

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərlə bağlı status yazıb: " Son günlər vergi sistemində gözlənilən dəyişikliklərlə bağlı ictimai müzakirlər əsasən gəlir vergisi ətrafında oldu. Amma büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır.  Axşam birini yazmışdım - həm idxal edilən, həm də daxildə istehsal olunan tütün məmulatlarına aksizlərin artımı gözlənilir.
Daha bir dəyişiklik kimi ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6%-lə sadələşdirilmiş vergisiyə cəlb olunmasının ləğvi ola bilər. Belə ki, büdcə sənədində hər 2 subyekt üzrə 6%-lik sadələşdirmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8%-lə çalışanlar üçün isə proqnoz saxlanılıb.
Məlumat üçün deyim ki, Vergi Məcəlləsinin 218.1 və 220.1-1-ci maddələrinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm ictimai iaəşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyici ola bilərdilər. Həmin normalara görə, bu halda dövriyyədən ticarətçilər 6%, iaşə sahəsində çalışanlar 8% vergi ödəməli idilər. Eyni zamanda yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2% bazasənda vahid dərcəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4%, yerdə qalan regionlar üzrə 2% dərəcə qüvvədədir.
Sadələşdirilmiş verginin tətbiq dairəsinin daraldılması ilə bağlı gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 mln. manat (15.3%) azaldılıb. Əvəzində rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolama proqnozu 136.9 mln. manat (22.4%) artırılıb.
Daha bir dəyişiklik hüquqi şəxslərin mülkiyyətində olan avtomobil vasitələrinin əmlak vergisinə cəlb edilməsidir. Bu mənbədən 11.7 mln. manat daxilolma proqnozlaşdırılıb. 
Hər halda görünən odur ki, 2019-cu il hüquqi şəxs kimi fəaliyyət göstərən biznes üçün vergi yükünün artımı baş verəcək".

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın