Çərşənbə axşamı, 15 May 2018 10:12

Xidmət müqaviləsinin elektron qeydiyyatına DƏSTƏK

“İnanın ki, əgər bu tətbiq olunarsa heç kim müqaviləni gizlətməz və bunun da müqabilində dövlət büdcəsinə əlavə xeyli miqdarda vəsait daxil olar”
Dəyərli oxucumuz Əhmədov Taleh Hüseyn oğlu mks.az saytının “Xidmət müqavilələri də elektron qeydiyyat sisteminə daxil edilsin” başlıqlı məqalə ilə bağlı öz fikirlərini bildirib:

“Nəzərinizə çatırıram ki, şadlıq evlərində hər toy məclisində müxtəlif ofisiantlar fəaliyyət göstərirlər. Bir günlük fəaliyyət göstərən ofisiant üçün bir aylıq əmək müqaviləsi bağlanmalıdır. Buna görə də cox vaxt həmin müqavilələr bağlanılmır və böyük məbləğdə cərimə olunurlar. Ona görə də xidməti müqavilələr bağlanmalı, həmin müqavilələr mütləq elektron qeydiyyata salınmalıdır. İnanın ki,əgər bu tətbiq olunarsa, heç kim müqaviləni gizlətməz və bunun da müqabilində dövlət büdcəsinə xeyli əlavə vəsait daxil olar. Mən bu şərhi çox tələsik yazdım, ancaq buna baxmayaraq, hər zaman bir mütəxəssis kimi fikir bildirməyə hazıram.”

Şərh yazın