Peşəkar mühasib Aydın Kərimovdan millət vəkilinin iradllarına münasibət

Peşəkar mühasib Aydın Kərimovdan millət vəkilinin iradllarına münasibət

Peşəkar mühasib, "Mühasibat uçotu və vergilər" kitabın müəllifi Aydın Kərimov aprelin 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Mühasib uçotu haqqında" Azərbaycan Respublikası Qanununa ediləcək dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədovun mühasiblərin qeyri-peşəkarlığı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

mks.az saytına Aydın Kərimov bildirib ki, mühasiblərə peşəkarlıq üçün normal şərait yaradılmayıb: "Peşəkar mühasib universitetdə yox, praktiki işdə yetişir. İndiyə kimi bizdə belə şərait olmayıb. Normal birja, qiymətli kağızlar bazarı formalaşmayıb. Təəssüf ki, iri biznes subyektlərinin çoxunda da əsasən "qara mühasibatlıq" olub".
Qeyd edək ki, millət vəkili mühasiblərə belə irad bildirmişdi: "Azərbaycanda baş mühasib, peşəkar mühasib həmişə problem olub. Peşəkar mühasiblər isə olduqca azdır. Biz bu qanunu Azərbaycanda tətbiq etməklə, milli mühasibat uçotunun standartlara uyğunlaşdırmaqla mühasiblərə daha ciddi tələblər irəli sürürük. Mən bilmək istərdim ki, Azərbaycanda mühasibatlığın vəziyyəti nə yerdədir. Doğrudanmı bizdə yaxşı mühasiblər var? Mən inanmıram".

0 Komment

    Şərh yazın

    Xəbərlər