Tanınmış Təlim Mərkəzindən "Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" Təlimi

Tanınmış Təlim Mərkəzindən "Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" Təlimi

Tanınmış təlimçi Müşfiq Əmircanovun təqdimatında
 
"Business Management School" "Əmək Məcəlləsi və Kadr Kargüzarlığı" Təliminə 24 Fevral 2018-ci il tarixində 28-ci dəfə start verəcək. 
 
Siz bu təlimdə iştirak etməklə Əmək Məcəlləsini və Qanunvericiliyini dərindən mənimsəyəcək, Kadr Kargüzarlığının əsəslarını öyrənərək yeni bir peşəyə yiyələnəcəksiniz.
Əgər bu sahədə işləyirsinizsə, biliklərinizi təkmilləşdirərək daha da peşəkarlaşacaqsınız.
 
§ I dərs (4 saat)
 
1. Əmək hüququ üzrə anlayışlar və əmək münasibətlərinin tərəfləri
- Əsas anlayışlar və tənzimləyici hüquqi aktlar
- İşçi və işəgötürən arasında münasibətlərin izahı
2. Əmək müqaviləsi
- Əmək müqaviləsi nədir və onun əsas şərtlərinin təfsilatlı izahı
- Sınaq müddəti 
- İşə qəbul və başqa işə keçirmə ilə bağlı bütün zəruri sənədləşmə qaydaları
- Elektron bildiriş nədir və nə üçün lazımdır?
3. Kadr inzibatçılığı zamanı sənədləşmə
- Kadr inzibatçılığı istifadə edilən sənədlər: Əmrlər, Ştat cədvəlləri, Aktlar, Protokollar, Arayışlar və s. / İşçinin “şəxsi işinin” tərtib olunması
4. Digər əmək funksiyasiyalarının müvəqqəti icra edilməsi
- Müvəqqəti əvəzetmə, boş vəzifənin icrası
- Müvəqqəti icra zamanı əmək haqqı hesablanmasındakı fərqlər
 
§ II dərs (4 saat)
 
5. Əmək Kitabçası və оnun tərtib оlunma qaydaları
- Əmək kitabçası və onun düzgün doldurulma qaydaları
6. İş vaxtı və istirahət vaxtı anlayışı
- İş vaxtı anlayışı və onun növlərinin izahı
- İş vaxtından artıq işin və qeyri-iş günlərində işin tənzimlənməsi və onun sənədləşməsi
- İş vaxtının cəmlənmiş uçotu
- Gecə vaxtı və çoxnövbəli iş rejiminin tənzimlənməsi
- İstirahət vaxtı anlayışı və işçilərə qanunvericiliklə təqdim olunan istirahət hüquqları
 
§ III dərs (4 saat)
 
7. Məzuniyyətlər və onların rəsmiləşdirmə qaydası
- Məzuniyyət hüququ anlayışı və məzuniyyətin növləri
- Məzuniyyətin növlərindən asılı olaraq nizamlanması və sənədləşdirilməsi
- Əmək məzuniyyəti ilə bağlı müxtəlif məsələlərin həlli
- İşçilərə istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın hesablanması qaydaları
8. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsinin incəlikləri (1-ci hissə)
- İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları
- İşə götürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halları
- Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi halları
 
§ IV dərs (4 saat)
 
8. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsinin incəlikləri (2-ci hissə)
- Əmək müqaviləsinə xitam verilməsinin digər halları
- Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
- Əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi qaydası
- Kadr axını (employee turnover) üzrə təhlillərin aparılması qaydası
9. Əmək və icra intizamı və onun rəsmiləşdirilməsi
- Əmək və icra intizamı nədir və müəssisədaxili intizam qaydaları nələri ehtiva edir?
- İntizam məsuliyyəti və onun sənədləşdirmə qaydaları
10. Ezamiyyətlərin tənzimlənməsi və rəsmiləşdirmə qaydası
- Ezamiyyə ilə bağlı ümumi anlayışlar
- Ezamiyyənin növləri və onların sənədləşməsi
 
§ V dərs (4 saat)
 
11. İşçilərin sığortası və bununla bağlı tələb olunan kadr işləri
- Sosial sığorta münasibətlərinin tənzimlənməsi
- İşçilərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası
12. Kadr inzibatçılığında tətbiq edilən hesabatlar və formalar
- Dövlət məşğulluq mərkəzinə təqdim olunan Statistik hesabat formaları
- İnsan Resursları Departamentinin fəaliyyətində tətbiq edilən uçot və qeydiyyat formaları
 
Yekun İmtahan
 
Təlimçi: Müşfiq Əmircanov
 
Müşfiq Əmircanov, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malikdir. O, uzun müddətdir ki, İnsan Resursları üzrə müxtəlif funksiyaları icra edir. “DəmirBank” ASC-də ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi” , “Kadrlar və Əmək haqqı” , “İşə qəbul və seçmə” şöbələrinin rəhbəri vəzifələrində işləyərkən kadr inzibatçılığı (personnel administration) və əmək haqqı (payroll) istiqamətlərinə rəhbərlik etmiş, məşhur SAP HRM proqram təminatının tətbiq edilməsində böyük rolu olmuşdur. Bu zaman Azərbaycan əmək qanunverciliyini və ölkədəki təcrübəni incəliklərinə qədər araşdıraraq, qanunvericilik və biznes tələblərinin formalaşdırılması, kadr və əmək haqqı əməliyyatları üzrə biznes proseslərin hazırlanması və avtomatlaşdırılmasında iştirak etmişdir. Hal-hazırda “AzerGold” QSC-də Kadrlarla iş şöbəsinin rəhbəri vəzifəsində işləyir. Müşfiq Əmircanov İnsan resursları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan CİPD-nin Certificate in Human Resources Management adlı uzunmüddətli sertifikasiya proqramını uğurla bitirərək Associate CİPD səviyyəsinə yiyələnmişdir.
 
Müşfiq Əmircanov 2008-ci ildə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə tam ali təhsili bitirmişdir.
 
 
 Təlim ödənişlidir. 20 saatliq təlimin ödənişi 240 azn olaraq təyin edilmişdir. 
- Korporativ Endirimlər: Eyni şirkətdən 2 iştirakçı - 5%, 3 ve daha artıq iştirakçı - 10%
Ödənişə daxildir:
- Praktiki çalışmalar
- Təlim materialları 
- Nəticə imtahanı
- Sertifikat
- Kofe-breyk
 
 Dərs Cədvəli
 
24 Fevral ( Şənbə ) 14:00 - 18:00 (4 saat)
03 Mart ( Şənbə ) 14:00 - 18:00 (4 saat)
10 Mart ( Şənbə ) 14:00 - 18:00 (4 saat)
17 Mart ( Şənbə ) 14:00 - 18:00 (4 saat)
31 Mart ( Şənbə ) 14:00 - 18:00 (4 saat)
 
 Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekun imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
 
Bu təlimin üstünlükləri nələrdir?
 
✔ Təlim peşə etibarı ilə hüquqşunas olan, İnsan Resurslarının idarə edilməsi sahəsində çoxşaxəli iş təcrübəsinə malik, “DəmirBank” ASC-də ardıcıl olaraq “Əmək Münasibətlərinin Tənzimlənməsi” , “Kadrlar və Əmək haqqı” , “İşə qəbul və seçmə” şöbələrinin rəhbəri vəzifələrində çalışmış, hal-hazırda isə “AzerGold” QSC-də Kadrlarla iş şöbəsinin rəhbəri vəzifəsində işləyən Müşfiq Əmircanov (Assoc CİPD) tərəfindən tədris ediləcək.
 
✔ Siz çalışdığınız şirkətdə kadr kargüzarlığı sistemini Əmək Qanunvericiliyinin tələblərinə uyğun qurmaq üçün lazımi bilik və bacarıqlara yiyələnəcəksiniz.
 
✔ İş əsnasında qarşılaşa biləcəyiniz əksər problemli məsələlərin həlli ilə tanış olacaqsınız və bu cür hallar baş verdikdə biz sizə məsələnin həll yolunu tapmaqda dəstək olacağıq.
 
✔ Təlim sonrası dəstək kadr kargüzarlığında mühim əhəmiyyət kəsb edir. Bu məqsədlə yaradılmış və 200-ə yaxın təlim iştirakçısı olan daxili qrupumuzda gələcəkdə yaranacaq suallarınıza cavablar ala biləcəksiniz. Eyni zamanda BMS ailəsinin üzvü olmaqla bağlı təlim qruplarına daxil ediləcəksiniz və paylaşılan materiallar, kitablar, nümunələrdən istifadə edə biləcəksiniz.
 
✔ Təlim iştirakçılarının öyrəndikləri mövzuların möhkəmləndirilməsi üçün təlim günləri arasında daxili qruplarımızda paylaşılacaq praktik ev tapşırıqları nümunələrindən siz də faydalana biləcəksiniz.
 
✔ İndiyə kimi təlimlərimizdə iştirak etmiş 250-dən çox məzunlarımızla sosyal fəaliyyətlər təşkil edir, dostluq bağlarımızı möhkəmləndirirk. Bu təlimdə iştirak etməklə siz də genis HR ailəmizə qatılmış olacaq, bu sahdəki çevrənizi genişləndirmə imkanını əldə edəcəksiniz.
 
✔ "Business Management School"un digər təlimlərinə endirim əldə edəcəksiniz!
 
 

1 Komment

  1. Qurban 21 Noyabr 2021

    Salam her vaxtiniz xeyir. Emek qanunvericiliyi ve kadr karguzarligi barede Musviq bey helede sizin kursda fealiyyet gosterirmi? eger eledirse ders videosu varsa menim emailime atardiniz zehmet olmasa

Şərh yazın

Xəbərlər