VAKANSİYA! QEYRİ-ADİ... TƏCRÜBƏ PROQRAMI

VAKANSİYA! QEYRİ-ADİ... TƏCRÜBƏ PROQRAMI

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin Ofisinə təcrübə proqramını (könüllü) elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın daxili sənəd dövriyyəsinin tənzimlənməsində əməkdaşlara dəstək vermək;
• Zərurət yarandığı halda bankın rəhbər şəxslərinin qonaqlarının qarşılanması və yola salınmasını təmin etmək;
• Ali idarəetmə orqanlarının iclaslarının təşkilində əməkdaşlara dəstək vermək;
• Filial şəbəkəsinin idarəolunması ilə bağlı sorğuların aparılması və məlumatların toplanmasını təmin etmək;
• Bankdan kənar müxtəlif dövlət qurumları və maliyyə nəzarəti orqanlarının təşkil etdiyi iclas və tədbirlərdən gələn dəvətləri izləmək və onların istiqamətləndirilməsində əməkdaşlara dəstək vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət bacarığı;
• Dəqiqlik və səliqəlilik;
• Komandada işləmək bacarığı;
• Gərgin iş qrafikində işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 may 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təcrübə Proqramı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər