Bazar ertəsi, 25 İyun 2018 12:19

VAKANSİYA! İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi işləmək şansı

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi (iş analizi və iş yükünün ölçülməsi üzrə)

Tələblər:

• Ali təhsil (Humanitar, iqtisadiyyat, psixologiya);
• Azərbaycan, rus, ingilis dillərini səlist bilməli;
• İnsan Resursları ( xüsusi ilə iş analizi, iş yükünün ölçülməsi üzrə) sahəsində minimum 2 il iş təcrübəsi;
• Komandada işləmək bacarığı olmalı;
• Azərbaycan Respublikası əmək qanunvericiliyini mükəmməl bilməlidir.

Əsas vəzifələr:

• Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analizlərinin aparılması;
• Bütün departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi;
• İnsan Resursları üzrə menecerə iş yükü və iş analizi üzrə hesabatların təqdim edilməsi;
• Şirkət daxilində işçilərin vəzifələri üzrə sertifikasiya imtahanlarının təşkili və nəticələrin hazırlanması.

Biz Sizə təklif edirik:

• Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Karyera inkişafı;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi (iş analizi və iş yükünün ölçülməsi üzrə)” qeyd edərək öz CV-lərinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 15.07.2018

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın