Vakansiya!1200 manat ƏMƏK HAQQILI HR mütəxəssisi elanı

Vakansiya!1200 manat ƏMƏK HAQQILI HR mütəxəssisi elanı

 İR üzrə Mütəxəssis - Collezione Italia

İş barədə məlumat

- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların elan edilməsi və uyğun namizədlərin seçilməsi;
- Kadr bazasının yaradılması, işçilər barədə hesabatların tərtib edilməsi, işçi axını və səbəblərinin müəyyənləşdirilməsi, axının aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
- İşəqəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi prosedurunun hazırlayıb həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi, işçilərin davamiyyət uçotunun aparılması;
- Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
- Sosial müavinətlərin hesablanması;
- İşçilərin icbari sığortasının həyata keçirilməsi;
- İnsan resursları departamentinə aid hesabatların tərtib edilməsi və rəhbərliyə və ya şöbələrə təqdim edilməsi;
- Ofisdaxili idarəetmə işlərinin həyata keçirilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
- İş vaxtı saat 10:00-19:00
- İş günləri həftənin1-6-cı günləri
- Əməkhaqqı 1000-1200 manat

Tələblər:

-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
-İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında mükəmməl biliyə malik olmalı;
-İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
-Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
-Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməli;
-MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
-İnsan resursları sahəsində 2-3 il iş təcrübəsi olmalı.

Qeyd: Yüksək seqmentə aid olan brendlərlə iş təcübəsinin olması üstünlükdür.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “İR üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər