Vakansiya! NEFT ŞİRKƏTindən İnsan resursları üzrə Mütəxəssis elanı

Vakansiya! NEFT ŞİRKƏTindən İnsan resursları üzrə Mütəxəssis elanı

JOB TITLE: İnsan resursları üzrə Mütəxəssis
EMPLOYER: Oil Company


Vəzifə öhdəlikləri:

• Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisədə işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. ilə əlaqədar işləri yerinə yetirmək;
• Daxili və xarici motivasiya qiymətləndirməsi keçirilməsi
• Qeyri-maddi və maddi motivasiya (bonus) sistemi qaydalarının hazırlanması
• İş qiymətləndirmə sənədlərinin Hay Metoda əsasən hazırlanması
• Performans əsaslı Maaş və Dərəcə sistemlərinin tərtib edilməsi
• 360° Performans qiymətləndirmə sistemi və Karyera Xəritələri sistemlərinin qurulması və digər İR layihələrinin həyata keçirilməsi
• İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırımaq;
• Effektivliyin idarə olunması (performans, səriştə yönlü qiymətləndirmə)

• Keyfiyyətin idarə olunması ( iş fəaliyyətinin keyfiyyəti, daxili auditlərin aparılması)
• İnsan Resursları üzrə cari və perspektiv planları işləyib hazırlamaq;
• İnsan Resurslarının seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
• Müəssisənin kadrlara olan tələbatı haqqında lazımi yerlərə məlumat vermək;
• Iхtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət etmək;
• Şəxsi işlərin arxivini aparmaq, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
• Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə əməl etmək.
• Müəssisədə verilmiş əmr və göstərişlərin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlamaq;
• Attestasiya komisiyalarına, fəhlə və qulluqçuların mükafatlandırılması, təltifə təqdim edilməsi üçün lazım olan materialları hazırlamaq;
• Əmək kitabçalarını doldurmaq, hesaba almaq və mühafizə etmək, iş stajının hesabını aparmaq, işçilərin hazırki və keçmiş fəaliyyəti haqqında arayış vermək;
• Müəssisənin işçilərinə və onların ailə üzvlərinə pensiyalarının təyin olunması üçün lazımi sənədləri rəsmiləşdirmək;
• Nəzarət kartoçkasını doldurmaq və əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparmaq;
• Xidməti fəaliyyətin qiymətləndirilməsinin və performansın idarə edilməsinin həyata keçirilməsi:
• Dövri və illik qiymətləndirmə blanklarının hazırlanması və vaxtaşırı yenilənməsi
• İşçilərin təlim və inkişafının təmin olunması və inkişaf planlarının hazırlanması
• İşçilərin təlim ehtiyac blanklarının hazırlanması və aidiyyatı strukurlar tərəfindən doldurulmasının təmin edilməsi
• Təlim proqramının hazırlanması
• Müvafiq təlim tədris şirkətlərinin araşdırılması, əlaqələrin qurulması
• İşçilərin təlimdən öncəki və sonrakı qiymətləndirmələrinin aparılması

Bilməlidir:

Müəssisədə kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədləri; kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini; işçilərin işə qəbulu və işdən çıхarılması haqqında qüvvədə olan qanunvericiliyi;

kadrların seçilməsi və düzgün yerləşdirilməsini; əmək qanunvericiliyinin əsaslarını;

kadrların iхtisas və professionallığının artırılması üsullarını; əmək kitabçalarının, şəхsi işlərin aparılması, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini;

kadr aхınının səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üsullarını;

Əməyin mühafizəsi, təhlükəsizlik teхnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək. SWOT (Güclü tərəflər, zəif tərəflər, fürsətlər, təhdidlər), PEST (Siyasi, iqtisadi, sosial və texnoloji) və digər analiz üsullarını bilmək;

Digər şəxsləri fikir və ya davranışlarını motivasiya etmə bacarığı;

Peşəkar səviyyədə xarici dildən istifadə etmək bacarığı (ingilis və rus dillərində yazmaq, danışmaq və başa düşməyə üstünlük verilir);

İT-dən, xüsusilə kompüter, internet və məlumat bazasından peşəkar səviyyədə istifadə etmək bacarığı;

E-mail: [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər