Bazar ertəsi, 02 İyul 2018 07:45

Vakansiya ! Active İT Solutions şirkətindən baş mühasib elanı

Şəhər : Bakı
Yaş : 26 - 50 yaş
Təhsil : Ali
İş təcrübəsi : 5 ildən artıq

Elanın tarixi : İyun 30, 2018
Bitmə tarixi : İyul 30, 2018
Əlaqədar şəxs : İlqar m
Telefon: 
(050) 750-49-29
(012) 440-41-05
E-mail : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


İş barədə məlumat: 
- Şirkətin maliyyə- təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində(ƏDV) əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarətin aparılması
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi
- İş qrafiki: Bazarertəsi - Cümə, 09:00-dan 18:00-dək

Namizədə tələblər: 
- Müvafiq sahə üzrə ali təhsil
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Balansın çıxarılması

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın