Cümə axşamı, 28 İyun 2018 06:26

Vakansiya! Tanınmış şirkətdən MÜHASİB elanı

"Azərşəkər" MMC şəkər istehsalı ilə məşğul olan şirkətdir . Şirkət bu fəaliyyət istiqamətində ən son texnologiyalardan istifadə edərək Azərbaycanın müxtəlif bölgələrində şəkər çuğundurunun becərilməsini planlaşdırır.

Vəzifə öhdəlikləri:

- Büdcə hesabatlarının hazırlanması və təqdim edilməsi (Vergi,DSMF,Statistika)
- Kreditor və Debitor hesablaşmaları üzrə əməliyyatların aparılması
- Bank hesablaşmaları üzrə əməliyyatların aparılması
- Mal-materialların, əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması və nəzarət edilməsi
- Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsinin təşkili

Vəzifəyə tələblər:

- Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
- Mühasibat və ya maliyyə ixtisasında ali təhsil
- Vergi uçotu üzrə biliklər
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatlar üstünlükdür
- Office proqramları ilə işləmə bacarığı
- 1C (8.3) proqram təminatında işləmək bacarığı
- Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzuolunandır
- Səyahət sərbəstliyi

Əlavə məlumat:

İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
Ünvan: Zərifə Əliyeva küç.93, BEGOC Biznes Mərkəzi

Maraqlanan şəxslər öz CV formalarını "Mühasib" başlığı ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilər.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

Şərh yazın