VAKANSİYA! 800 manat ƏMƏK HAQQI ilə MÜHASİB işləmək imkanı
JOB TITLE: Mühasib
EMPLOYER: Performance Center Co
“Performance Center Co” MMC-nin Babək filialına “Mühasib” vəzifəsinə vakansiya elan edilir.
Vəzifə təlimatları:
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
- Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
- Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.
Vəzifə ilə bağlı tələblər:
- Ali iqtisadi təhsil;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
- 1C 8.1, 1C 8.2, 1C 8.3 proqramları ilə işləmək bacarığı;
- Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi; (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük
veriləcək
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Əlavə məlumat:
- İş günləri: həftədə 6 gün
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 600-800 ₼
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə.
Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın