Cümə axşamı, 17 May 2018 11:40

VAKANSİYA! 1100 AZN NET əmək haqqılı MÜHASİB elanı

Şəhər: Bakı
Yaş: 24 - 25 yaş
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Elanın tarixi: May 17, 2018
Bitmə tarixi: İyun 16, 2018
Əlaqədar şəxs: HIS İnsan Resursları
Telefon: (012) 464-86-60
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.


İş barədə məlumat
- Şirkət Musahib axtarır
- Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsi
- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
- Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki saat 09:00-dan 18:00-dək olmaqla həftəlik 6 gündür
- İstirahət günü bazar günüdür
- Günorta yeməyi şirkət tərəfindən qarşılanır
- Net maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq 700-1100 AZN arasında bir qiymətdə olacaq

Namizədə tələblər
- Ali iqtisadi təhsil
- Mühasib kimi ən az 1 illik iş təcrübəsi, tikinti sahəsində olanlara üstünlük verilir - Beynəlxalq mühasibatlıq imtahanlarından keçənlərə vəya bilikləri olanlara üstünlük verilir
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
- MS Office proqramlarını (xüsusən Excel) yaxşı səviyyədə bilməli, ERP proqramları (xüsusən Logo Unity) bilənlərə üstünlük verilir
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
- Dəqiqlik, dürüstlük, məsuliyyətlilik, özünü inkişaf etdirmə, işin tələb olunan vaxtda yerinə yetirilməsi, stressə davamlı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər. Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Şərh yazın