Cümə, 04 May 2018 13:31

Vakansiya! Tanınmış Şirkətdən Aparıcı Mühasib elanı

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Aparıcı mühasib

Tələblər:

• Müvafiq sahədə ali təhsil;
• Müvafiq təcrübə (minimum üç illik);
• 1C Mühasibat Proqramının peşəkar biliyi olmalıdır;
• Vergi Məcəlləsini mükəmməl bilməlidir;
• Müvafiq sertifikatlar üstünlük sayılacaq.

Vəzifələri:

• Aylıq, rüblük maliyyə hesabatlarının hazırlanması, bağlanması və prosesin təşkili;
• Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərinin aparılması;
• Müvafiq vergi uçotunun, idarəetmə uçotu və maliyyə hesabatının verilməsi üçün 2016-cı il üzrə mühasibatlığın ERP sisteminə (1C) daxil edilməsinin icrası;
• ERP sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması;;
• Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq;
• Vergi ödənişlərinə nəzarət etmək; vergi bəyannamələrini yığmaq;
• Daxili nəzarətin həyata keçirilməsi (audit);
• Vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesbatları təqdim etmək;
• Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aparıcı mühasib” qeyd edərək öz CV-lərinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 05.04.2018

Şərh yazın