Cümə, 04 May 2018 12:14

Vakansiya! Sədərək Ticarət Mərkəzinin Baş ofisindən MÜHASİB elanı

Firma adı - "Sədərək Ticarət Mərkəzi"

Vakansiya - Mühasib

İş yeri - Sədərək Ticarət Mərkəzinin Baş ofisi

Tələblər:

- Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
- 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Ezamiyyətlərə hazır olmalıdır.

Vəzifələr:

- Kassa dövriyyəsinə nəzarət və pul hərəkəti cədvəllərinin hazırlanması;
- Mal-materialların uçotunun aparılması, hərəkət və qalıqlara nəzarət;
- Əsas vəsaitlər və inventarların qeydiyyatı, hərəkətinə və qalıqlarına nəzarət;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

İş şəraiti:

- 6 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00, VI gün 09:00 - 13:00);
- İşçilər firma tərəfindən nahar yeməyi ilə təmin edilir;
- Əmək haqqı - 700 manatdan başlayır. (Vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə uyğun olaraq əmək haqqı təklif ediləcək)

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın