Vakansiya! XANIMLAR üçün MÜHASİB Elanı

Vakansiya! XANIMLAR üçün MÜHASİB Elanı

JOB TITLE: Mühasib
EMPLOYER: IDS-2018 MMC

Vəzifə öhdəlikləri

• Mühasibat uçotu sənədləşmələrinin düzgün tərtib etdilməsi və nəzarətdə saxlanılması;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunun aparılması, mühasibat uçotu hesablarında onların hərəkətinin təmin edilməsi;
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
• Aylıq və rüblük maliyyə hesabatlarının aparılması;
• Bank və kassa əməliyyatlarının yerinə yetirilməsi;

Namizədə tələblər

• Cinsi – qadın;
• Yaş həddi - 25- 40 yaş arası;
• Maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
• Analoji sahədə iş təcrübəsi – 1-3 il;
• Kompyuter programlarında işləmə bacarığı;
• Günəş proqramından istifadə bacarığı;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində danışıq, yazmaq və oxumaq qabilliyyəti;

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları şirkət tərəfindən ödəniləcək;
• İş qrafiki həftənin 6 günü;
• İş saatı 1-5-ci günlər 09.00-dan 18.00 kimi, 6-cı gün 10.00- dan 16.00 qədərdir.
• Əmək Haqqı – 500-600 AZN

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Mühasib) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

0 Komment

    Şərh yazın

    Xəbərlər