VAKANSİYA! Xidmət sahəsi üzrə BÖYÜK MÜHASİB işləmək istəyənlər üçün ELAN

VAKANSİYA! Xidmət sahəsi üzrə BÖYÜK MÜHASİB işləmək istəyənlər üçün ELAN

Vəzifə: Böyük Mühasib (xidmət sahəsi üzrə)
İşə götürən : “SAMİRAMİS” firması
 
Şirkətə Böyük Mühasib (xidmət sahəsi üzrə) tələb olunur.
Vəzifələr:
 
- Mühasibat və vergi uçotunun aparılması;
- Mal-Material uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
- İşçilərlə hesablaşmaların təmin edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş        müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə bütün   hesabatların   müvafiq  proqramlarda  hazırlanması və  onlayn  təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Elektron hökumət portalında "Əmək və Əhalinin sosial müdafiə Nazirliyi" bölməsinə kadrlarla bağlı işə qəbul, xitam və digər   əməliyyatların aparılması;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
 
Tələblər:
 
- 35-50 yaş aralığında olan  namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı; 
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat uçotunun metodikası və texnikası 
- Mühasibat hesablaşmaları 
- Əmək və vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli  
- 1.C8.1  ,  1.C8.2  və  1.C8.3  Proqramlarında  yüksək  səviyyədə  işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə  5 ildən  yuxarı 
- Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
- Məsuliyyətli, stressədavamlı
 
İş şəraiti:
 
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü,  saat  10.00 –dan  19.00-dək,  2 gün istirahət;
- Əmək haqqı   800  AZN
 
Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə  yerləşir.
 
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər