Məqalələr

“Monitor Konsaltinq” jurnalının 34-cü sayı üçün

  • PDF faylını al

Bakı (təkcə Bakımı?) “Eurovision-2012”yə hazırlaşır. Hər yerdə və hər an - televizora baxanda, internetə girəndə, maşın sürəndə, şəhəri gəzəndə, avtobusa minəndə, dostlarla görüşəndə bu hazırlığı duyursan, özünü bu müsabiqənin bir parçası kimi hiss edirsən. Bilmirəm, gündə bir sifətə düşən Bakımızda bu yaxşı əlamətdi, yoxsa pis. 

Ardını oxu...

Kapital Bank əmanətçilərin konkret hansı filaillara müraciət edəcəyini dəqiqləşdirən yolu açıqladı (Sıyahı)

  • PDF faylını al

 

Kapital bank birdəfəlik ödəmə məbləğinin alınması ilə əlaqədar Kapital bankın hansı filialına müraciət etməyi asaməlumat yayıb. Əmanət kitabçanızda yazılmış keçmiş Əmanət Bankı şöbəsinin (filialının) nömrəsinə əsasən aşağıdakı məlumatlardaından istifadə etməklə bu filialı və ya şöbəni dərhal müəyyən edə bilərsiniz.

Əmanətçilərin hal-hazırda müraciət edəcəkləri filialların ünvanları:

1)No3540/047,090,0180,0181,0201,0242,0250,0273,0275,0305,0317,0335,0345,0395,0414,0438,0441,0456,0457,0462,0468,0483,0488, 0502  Bu əmanət kassalarında əmanət kitabçaları olan əmanətçilər Kapital Bankın 2 saylı Yasamal rayon filialına - Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 13 ünvanına müraciət etməlidirlər. (Rayonun əvvəlki adı Oktyabr olmuşdur)

2) No3370 /034,0125,0126,0165,0194,0264,0393,0435,0471,0492,0504 Bu əmanət kassalarında əmanət kitabçaları olan əmanətçilər Suraxanı rayon filialına - Bakışəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 44, ünvanına müraciət etməlidirlər. (Rayonun əvvəlki adı Ordjenikidze olmuşdur)

3) No3371 /018,020,021,0187,0188,0189,0350,0374,0428,0437,0443,0454,0467,0472,0495,0497,0500,0507 Bu əmanət kassalarında əmanət kitabçaları olanəmanətçilər 2 saylı Sabunçu rayon filialına - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 7 ünvanına müraciət etməlidirlər. (Rayonun əvvəlki adı Lenin olmuşdur)

 

Ardını oxu...

Visa korporasiyasına milyonlarla ziyan vuran hakerlər.

  • PDF faylını al

Xarici ekspert kartları necə qorumaq haqqında məsləhətlər verib

Viza kartlarını buraxan Visa korporasiyası Global Payment şirkətinin xidmətindən imtina etdi. Buna səbəb Global Paymentin kompüterinin yarılması və milyondan çox kredit karta, o cümlədən Visa kartlarına ziyan dəyməsidir.

Ardını oxu...

Doğuş çətin olduqda, 2 və daha çox uşaq doğulduqda hamiləliyə və doğuşa görə müavinətin hesablanmasının misalla izahı

  • PDF faylını al

Doğuş çətin olduqda, 2 və daha çox uşaq doğulduqda hamiləliyə və doğuşa görə müavinətin ödənilməsi necə rəsmiləşdirilir? Təbii ki, bu hallar uşaq dünyaya gəldikdən sonra məlum olacaq. Çətin doğuşa və ya 2 və daha çox uşaq doğulmasına görə isə əlavə 14 təqvim günü məzuniyyət düşür.

Ardını oxu...

Bakı bələdiyyələrinin əmlak vergisi saxtakarlığı

  • PDF faylını al

Bələdiyyələr Bakı şəhərində yaşayış binaları üzrə əmlak vergisini yeni üsulla toplamağa başlayıb. Paytaxtın bəzi rayonlarının yerli özünüidarəetmə orqanları mənzil kommunal istismar sahələri ilə (“JEK”) razılaşmaya gedərək fiziki şəxslərdən əmlak vergisinin yığılmasını onlara həvalə edib. Razılaşma belə olub ki, arayış almaq üçün «JEK»ə müraciət edən vətəndaşlara əmlak vergisini ödəməyəcəyi halda sənəd verilməyəcəyi bildirilsin, zar-zor üsulla vergi toplanılmasına cəhd edilsin. Bunun müqabilində bələdiyyələr toplanan vergi məbləğinin təxminən 20-25 faizini xidmət haqqı kimi mənzil kommunal istismar sahələrinə ödəməyə razılıq verib. Əmlak vergisinin hesablanmasının qeyri-adi üsulu da «kəşf edilib».  Bələdiyyələr binanın layihəsindən asılı olaraq mənzilin hər kvadrat metrinə görə «havadan» vergi təyin edərək bunun əsasında hesablamalar aparırlar: «Leninqrad», «Kiyev», «Minsk» layihəli evlərin hər kvadratmetri üçün 0.24 manat, «Stalin», «Xruşşov» layihəli evlər üçün isə 0.28 manat. Bu isə “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa və Vergi Məcəlləsinə ziddir.

Ardını oxu...