Məqalələr

MÜHASİB HAQQINDA 6 MİF-DƏN 2-CİSİ

  • PDF faylını al

II MİF. Mühasiblik həmişə yüksək məvacibi təmin olunmuş sənətdir. Xüsusilə, indi, bu sənətə böyük tələb olduğu şəraitdə hətta universiteti yenicə bitirmiş gənc mütəxəssisi belə əla iş və yüksək maaş gözləyir.
ƏSLİNDƏ. Mühasib ixtisası doğrudan da, favoritdir. İndi bu bazarda kifayət qədər təklif var. Ancaq yaxşı mühasib olmaq üçün yaxşı da təcrübə keçmək, çox səhvlər eləyib, sonra onları düzəltmək üçün illər vermək tələb olunur. Diplomunun mürəkkəbi qurumamış gənc mütəxəssis yaxşı işi tezliklə tapmayacağına və aşağı əməkhaqqına hazır olmalıdır. İşəgötürənlər yaxşı təcrübəsi, əlində zəngin «CV»si olan mühasibləri işə götürməyə üstünlük verirlər, çünki bu sahə böyük məsuliyyət tələb edir. Əməkhaqqına gəlincə, onun məbləği müəssisənin maliyyə vəziyyətindən, mühasibin təcrübə və bacarığından, yerinə yetirəcəyi işin həcmindən asılıdır. Mühasiblərin yüksək əməkhaqqı alması barədə cəmiyyətdə yaradılan mif həqiqətə uyğun deyil. Yalnız böyük şirkətlərin mühasibləri sonu 3 sıfırla müşayiət olunan, yüksək əməkhaqqı alırlar. Ancaq onların məvacibləri kimi məsuliyyətləri də böyük olur.

Millət vəkili: 2-3 ildən bir vergi dərəcəsinin 2-3 faiz aşağı salmaqla nə qazanırıq?

  • PDF faylını al

Millət vəkili Vahid Əhmədovun "MK"-nın 29-cu sayına müsahibəsindən

- Milli Məclisdə Mərkəzi Bankın sədri vergi yükünün çox olmasını qeyd etdi. Bu məsələ ilə bağlı onu bildirmək istəyirəm ki, öncəlliklə vergini diferensiallaşdırmaq lazımdır. Misal üçün, niyə əlavə dəyər vergisi bütün məhsullar üçün 18 faiz olmalıdır? Ərzaq məhsullarına tələbat çoxdur və
demək olar ki, bu tip məhsulların əksəriyyətini idxal edirik. Rusiyada ƏDV 18 faiz olduğu halda, ərzaq məhsulları üçün 10 faiz təşkil edir. Niyə biz də ərzaq məhsullarına aşağı ƏDV faizi tətbiq etməyək? Bundan əlavə, qeyri-neft sektorunun inkişafı üçün bəzi məhsulların ixracı zamanı ƏDV tutulmamalı-
dır. Mənfəət vergisini 22 faizdən 20 faizə endirdik, sonra isə 30 faiz tutulan gəlir vergisi məbləğini 1000 manatdan 2000 manata qaldırdıq. Büdcəyə vergi daxilolmalarına diqqət yetirəndə məlum olur ki, vergi yükünün azaldılmasına baxmayaraq artım var. Deməli, vergi dərəcələrinin azalması vergi ödəyəcilə-
rinin daha çox vergi ödəməsinə səbəb olur. Vergi ilə bağlı ikinci məsələ odur ki, 3 il öncə xüsusi iqtisadi zonalar haqqında qanun qəbul etmişdik. Xüsusi iqtisadi zonalar sahibkarlığın inkişafı məqsədilə yaradılan, müəyyən vergilərdən tam və qismən azad olunan ərazi-lərdir. Azərbaycanda indiyə qədər
bir dənə də olsa da, iqtisadi zona yaradılmayıb. İranda, Türkiyədə və Çində belə iqtisadi zonalar var. Həmin iqtisadi zonalarda 5 il vergidən azad edilmə nəzərdə tutulur və müəyyən şərtlər qoyulur ki, bu da iqtisadiyyatın inkişafına təsir edir. Yoxsa 2-3 ildən bir vergi dərəcəsi nin 2-3 faiz aşağı salmaqla nə qazanırıq? Gəlir vergisində də sahələr üzrə diferensiallaşdırmalar aparılmalıdır. Bank sektorunda işləyən şəxs 10000 manat əməkhaqqı alırsa, o, 30 faiz vergi ödəsin. Amma insanlar var ki, onlar üçün əmək haqqından 30 faiz tutulma onların maddi durumuna çox pis təsir edir. Bu gün Vergilər Nazirliyi çoxlu elektron xidmətlər həyata keçirir. Düşünürəm ki, sahələr üzrə verginin diferensiallaşdırılmasının uço tunu aparmaq nazirlik üçün çətin
olmaz. Sonda vergi borcları ilə bağlı məsələyə də münasibət bildirmək istəyirəm. Hesablama Palatasının təqdim etdiyi hesabatlardan məlum olur ki, yüksək məbləğdə vergi borcları yığılıb. Vergilər naziri cənab Fazil Məmmədov bildirir ki, vergi borcların çoxunu almaq mümkün deyil. Əgər həmin borclar ölü borclardırsa, onda qaydalara uyğun silinməlidir. Yoxsa, hər zaman hesabatlarda bu qədər borcun göstərilməsinə nə ehtiyac var.

Dünyanın 10 ən xoşbəxt və bədbəxt peşələrinin siyahısı dərc olundu

  • PDF faylını al

Christian Science Monitor –a istinad edən Amerikan Forbes-i dünyanın ən xoşbəxt peşələrinin (işindən zövq alan) adını çəkir.
1. Ruhanilik. Sən demə ən çox o insanlar özünü xoşbəxt hiss edir ki, dünya təlaşından, gündəlik həyat qayğılarından uzaq yaşamağı üstün tuturlar. 
2. Yanğınsöndürənlər. 80% yanğınsöndürənlər öz işindən çox razıdırlar. Onlar hiss edirlər ki, insanlara kömək  edirlər.
3. Fizioterapevtlər. Daima insanlar ilə ünsiyyətdə olmaq və sənin həqiqətən də kiməsə kömək etdiyini hiss etmək bu peşə sahiblərini ən xoşbəxtlərdən birinə çevirir.
4. Müəlliflər. Əksər müəlliflər öz əsərlərinə görə çox gülünc miqdarda qonorar alır ya da ümumiyyət ilə heç bir əvəz ödənmədən dərc olunur, amma ola bilsin ki, məhz öz biliklərinin məhsulunu yazmaq insanlara daha çox xoşbəxtlik bəxş edir, nəinki ağır banknot parçası.
5. Korreksiya pedaqoqları, defektoloq müəllimlər ( müəyyən qüsurları olan şagirdləri müalicə edən). Əgər siz dağlarla pul arzusunda deyilsinizsə, sadəcə xoşbəxt işə sahib olmaq istəyirsizsə, insanlar üçün yol göstərən, nəsihətçi ola bilərsiniz. Sadəcə fərq ondadır bu insanlar digərlərinə çox da bənzəmir və özlərinə qarşı daha çox qayğı və diqqətə ehtiyac duyurlar. 
6. Müəllimlər. Adi müəllimlər də öz peşələrindən razıdırlar, baxmayaraq ki. Hətta ABŞ-ın bir sıra ştatlarında da tədris sahəsinə xərclənən pullar xeyli azdır. Amma buna rəğmən cavanlar yenə də bu peşəni seçməyə davam edir və özlərini xoşbəxt insan kimi hiss edirlər.

Ardını oxu...

RADARLARIN GİZLİNDƏ YERLƏŞDİRİLMƏSİ QANUNİDİR?

  • PDF faylını al

DAXİLİ İŞLƏR NAZİRLİYİ BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN ŞÖBƏ RƏİSİ, POLİS POLKOVNİKİ ƏRƏSTUN MƏCİDOVUN «MK» JURNALININ 5-Cİ SAYINA MÜSABİHƏSİNDƏN

Bizə də bu məsələ ilə bağlı sürücülərin şikayətləri daxil olur, onlar yolun kənarlarında gizlədilən radarlardan şikayət edirlər. Gəlin, bu məsələ nin qanunla necə tənzimlənməsinə nəzər salaq. Bir vacib məqamı qeyd edim ki, yol hərəkətinə nəzarəti yollarda Dövlət Yol Polisi əməkdaşları həyata keçirir. «Yol-Patrul Xidməti Haqqında» təlimatın tələbinə görə nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür:

Ardını oxu...

MÜHASİB HAQQINDA 6 MİF-DƏN 1-CİSİ

  • PDF faylını al

Mühasib sənətinə bütün dövrlərdə xalqların ehtiyacı olub. Hesabatlar və rəqəmlər üzrə mütəxəssis olmadan hətta ən kiçik firma belə keçinə bilməz. Mühasib gəlirlərin və xərclərin uçotunu aparır, maliyyə axınlarını nizamlayır. Əgər şirkətdə yaxşı mühasib varsa, rəhbərlik və işçilər sakitcə işləyə, yaşaya və yata bilərlər, çünki müəssisədə maliyyə problemi olmayacaq, üstəlik vergi müfəttişləri may böcəyi görmüş ördək kimi üç gündən bir damınıza qonmayacaq.
Mühasiblik əli-ayağı təmiz, ofis işi olsa da, kənardan göründüyü kimi asan da deyil. Müvafiq diplomu olanların heç də hamısı, mühasib piroqundan dadandan sonra, onun şirin olduğu nəticəsinə gəlib bu sahədə işləməyiblər. Həqiqi mühasib olmaq üçün xüsusi istedad, polad xarakter lazımdır.
Bütün sənət sahibləri barədə olduğu kimi «hesab-kitab» aparanlar haqda da cəmiyyətdə düzgün olmayan miflər dolaşır. Onların birincisinə nəzər salaq.

I MİF. Hesablama ilə məşğul olan digər peşə sahibləri kimi mühasiblər də riyaziyyatı dərindən mənimsəməlidirlər. Qalan bütün keyfiyyətlər zaman keçdikcə təcrübə ilə yerinə oturacaq.
ƏSLİNDƏ, bu, yanlış yanaşmadır. Mühasib ilk növbədə, səbrli, oturmağı bacaran, dəqiq, dürüst olmalıdır. «Yüz ölç, bir biç» məsəlini atalar məhz mühasib barədə söyləyiblər. Ən kiçik səhv belə bütün hesabatın baş-ayaq alınmasına, nəhəng bir işin yenidən görülməsinə səbəb ola bilər. Ən dəhşətlisi odur ki,

Ardını oxu...