Məqalələr

Yaxşı mühasibi bəlli edən əlamətdən 5 və 6-cısı

  • PDF faylını al

5. Təcrübəli mühasib vergi orqanları ilə dil tapmağı bacarır. Bu, səyyar və kameral vergi yoxlamaları ilə yanaşı gündəlik iş üçün də lazımdır. Əgər mühasib vergi müfəttişliyindən həmişə narazılıq edirsə, bu, yaxşı əlamət deyil.

6. Yaxşı mühasib balans və hesabatları vaxtında hazırlayıb təqdim edən deyil. Yaxşı mühasib odur ki, qanunvericiliyi əla bilir və vergi tutulan məbəği azaltmaq üçün tez-tez müdirə leqal metodlar təklif edir. Nəticədə ödənilən vergi məbləği azalır, ən əsası hər şey qanuni olduğundan vergi müfəttişliyi etiraz eləməyə səbəb tapmır.

Yaxşı mühasibi bəlli edən əlamətdən 3 və 4-cüsü

  • PDF faylını al

3. Peşəkar mühasib kiminsə dediyinə (hətta müdirin belə) inanmamalı, hər şeyə şübhə ilə yanaşmalı, əmin olmaq üçün sənədləri özü yoxlamalıdır. Əgər firma rəhbəri mühasibini yoxlamaq istəyirsə, onu belə bir testdən keçirə bilər. Müdir malgöndərən firma ilə bağladığı müqavilədə qəsdən onun hesablaşma hesabında bir rəqəmi kəm yazır. Sonra müqaviləni mühasibə verir və həmin hesaba köçürmə etməsini tapşırır. Əgər mühasib kor-koranə səhv rekvizitləri köçürürsə, deməli o, peşəkar deyil. Yaxşı mühasib belə səhvi görməyə bilməz.

Ardını oxu...

Azərbaycanda velosipedlə işə gedən bank müdiri kimdir?

  • PDF faylını al

«AccessBank»ın baş meneceri cənab Andryu Pospilovskinin “MK” jurnalının 10-cu sayına müsahibəsindən

Etiraf edim ki, idman zalına gedib məşğul olmağa vaxt tapmadığımdan işə velosipedlə gedib-gəlməyə hər şeydən əvvəl məşq kimi baxıram. Əvvəlcə velosipedlə qızımı uşaq bağçasına qoyuram, sonra işə gəlirəm. Bakıda çoxlu dostlarım var ki, işə velosipedlə gedib- gəlirlər. Belə demək mümkünsə,

Ardını oxu...

Yaxşı mühasibi bəlli edən 8 əlamətdən 2-si

  • PDF faylını al

1. Yeni işə götürülmüş mühasib həftələrdir ki, firmanın rəhbərini narahat eləmir. Elə bilirsiniz, müdirin bəxti gətirib? Əksinə. Yaxşı mühasib gəldiyi gündən firmada uçotun

aparılması ilə dərindən maraqlanmalıdır. Həmişə müdirdən işlə bağlı nəsə soruşmalı, əlavə sənədlər tələb etməlidir. Əgər mühasib müdirin yanında «ağzına su alıb» susursa, çox

güman ki, o balans tərtib eləmir, ilkin sənədləşməyə əsas lanmadan sadəcə, onun «şəklini çəkir». Bu isə o deməkdir ki, vergi yoxlamaları zamanı problemlər çıxacaq.

2. Yaxşı mühasib ilkin sənədlərdəki bütün rekvizitləri (müqavilə, hesab-faktura, qaimə, akt və sair) 1 C proqramının bazasında saxlamalıdır. Vergi əməkdaşının «bu rəqəmi hardan alıb yazmısan» sualına lazımi sənədlərə istinadən 5-10 dəqiqə ərzində əsaslandırılmış cavab verməlidir. Əgər mühasib vergi əməkdaşının hər hansı sualı qarşısında «sarısını udursa», demək firmanızın uçotu başdansovdu aparılır, gec, ya tez çiyninizə cərimə yüklənəcək.

Mühasib haqqında 6 mifdən son 2-si

  • PDF faylını al

V MİF. Karyera baxımından mühasib sənətinin ağzı dalana dirənib. Mühasib uzaqbaşı adının qarşısına «baş» sözü, əməkhaqqına isə müəyyən qədər əlavə artırda bilər.

ƏSLİNDƏ, bu mifdə müəyyən qədər həqiqət var. Bir müəssisəyə illərini verən çalışqan mühasib ya baş mühasib ola bilər, ya da maliyyə direktoru. İkinci vəzifə üçün isə əlavə təhsil almaq lazımdır.
VI MİF. Mühasiblik qadın peşəsidir. Mühasib işləyən bütün kişilər başqa sənətin sahibləridir, məcburən bu işlə məşğul olurlar.
ƏSLİNDƏ, mühasib işləyənlər arasında qadınların üstünlük təşkil etməsi doğrudur. Bəlkə də bu işin xarakteri ilə bağlıdır. Qadınlar oturaq işi sevirlər, səbrlidirlər. Ancaq bu işlə məşğul olan kişilərin başqa ixtisasın sahibi olmaları barədə deyilənlər doğru deyil. Mühasiblik artıq qadın işi olmaqdan çoxdan çıxıb, indi ölkəmizdə ən peşəkar mühasiblər sırasında güclü cinsin nümayəndələri layiqli yer tuturlar.