Məqalələr

Kənd təsərrüfatına vergi güzəşti ilə bağlı araşdırma yazı

  • PDF faylını al

Kənd təsərrüfatına dövlət tərəfindən verilən vergi güzəştləri bir çox hallarda düzgün şərh edilmədiyindən yanlışlıqlara yol açır və bilməyərəkdən vergi ödəyicilərinin vergidən yayınmasına səbəb olur. Bu yazıda məsələni sistemli araşdırmağa, vergi ödəyicilərinə düzgün yolu seçməkdə yardımçı olmağa çalışmışııq.

Qərarın yaranma tarixi

Mərhum prezidenti Heydər Əliyev kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə 27 noyabr 2001-ci il tarixində “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etdi. Həmin qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) HÜQUQİ ŞƏXSLƏR 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. FİZİKİ ŞƏXSLƏRƏ gəlincə isə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) bu cür vergi ödəyicililəri 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Qanunun 3-cü bəndinə əsasən, bu qanunla müəyyən edilən vergiləri ödəməkdən azad edilmiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq torpaq vergisinin ödəyiciləridirlər. Həmin şəxslər digər fəaliyyət növləri ilə məşğul olduqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq həmin fəaliyyət üzrə vergiyə cəlb olunurlar.  Sonradan 28 noyabr 2003-cü il və 25 noyabr 2008-cu il tarixlərində vergi güzəştlərinin müddəti ardıcıl olaraq 5 il müddətinə artılırıb.  Bu artırmalardan sonra kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin müddəti 01 yanvar 2014-ci ilə qədər artırlıb.

Ardını oxu...

KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ NAZİRLİYİNƏ HESABAT VERMƏLƏRİ İLƏ BAĞLI 10 ƏSAS SUALIN CAVABI

  • PDF faylını al

Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov: «Kommersiya təşkilatları yeni qanunvericilik aktları, normativ-hüquqi sənədlərlə tanış ediləcək, standartlara uyğun mühasibat uçotunun təşkilinə dair tövsiyə xarakterli materiallar hazırlanacaq»
Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 saylı qərarı “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hesabat dövrləri və dərc edilməsi qaydaları” qüvvəyə minib. Artıq kommersiya təşkilatları da Maliyyə Nazirliyinə hesabat verəcəklər. Nazirliyin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov «MK»nın xahişi ilə yeni qaydaları şərh edib, oxucuları maraqlandıran sualları cavablandırıb.

KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ NAZİRLİYİNƏ HESABAT VERMƏSİ HANSI ZƏRURƏTDƏN YARANDI?

- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını tətbiq etməyən ölkələrdə büdcə vəsaitinin səmərəli və təyinatı üzrə istifadəsi, habelə milli sahibkarların fəaliyyəti barədə maliyyə informasiyanın müqayisə edilə bilməməsi probleminin mövcudluğunu nəzərə alaraq, xarici investisiyaları cəlb etmək istəyən ölkə və dünya bazarına çıxmaq niyyətində olan sahibkarlar üçün mühasibat uçotunun beynəlxalq standartlara uyğun aparılması mühüm əhəmiyyət kəsb edir.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının müvafiq müddəalarına əsasən, aktivlərin və öhdəliklərin, kapitalın, gəlir və xərclərin qiymətləndirilməsi zamanı (tarixi dəyər, faktiki dəyər, mümkün satış qiyməti, diskont dəyər, ədalətli dəyər) müxtəlif qiymətləndirmə metodlarından istifadə olunur. Həmin metodlar, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını tətbiq etməyən ölkələrdə istifadə olunan qiymətləndirmə metodlarından köklü şəkildə fərqlənməklə konseptual baxımdan tamamilə başqa meyar və prinsiplər əsasında müəyyən edilir.
Bu ölkələrdə uçot siyasətini tənzimləyən və əksər hallarda vergi qanunvericiliyinə əsasən aparılan ənənəvi mühasibat uçotu ilə Maliyyə Hesabatlarının

Ardını oxu...

Mərkəzi Bank beş bankın bağlanması təhlükəsi ilə bağlı danışdı

  • PDF faylını al

ÖLKƏMİZİN BAŞ BANKININ “MK”-YA VERDİYİ RƏSMİ CAVABLARDA BU VƏ DİGƏR AKTUAL MƏSƏLƏLƏRƏ AYDINLIQ GƏTİRİLİB

Yoxlamalarla bağlı hansı məlumatlar məxfidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) mövcud qanunvericiliyin verdiyi mandat və səlahiyyətlər çərçivəsində kredit təşkilatlarının fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada onların fəaliyyətinə nəzarəti həyata keçirir.
AMB-nin mövcud bank nəzarəti çərçivəsi ən yaxşı beynəlxalq təcrübəyə uyğun formalaşdırılıb. Bank nəzarəti tsikli xarici (kənardan) və daxili (yerində aparılan yoxlamalar) nəzarətdən ibarətdir və bununla bankların cari maliyyə vəziyyəti və fəaliyyəti tam nəzarətlə əhatə olunur.
Xarici nəzarət çərçivəsində Mərkəzi Bank kredit təşkilatlarının maliyyə vəziyyətinin qiymətləndirilməsi və fəaliyyətlərinin prudensial normalar çərçivəsində davam etdirməsinə nəzarət etmək məqsədi ilə müvafiq hesabatlar alır. Hesabatlar bank fəaliyyətinin nəticələrini ifadə edən müxtalif indikatorları özündə ehtiva edir və gündəlik, həftəlik və aylıq əsasda olmalqa AMB-yə təhlil üçün təqdim olunur.
Bundan əlavə, bankların maliyyə vəziyyətinin və fəaliyyətinin yerində qiymətləndirilməsi məqsədilə, Mərkəzi Bank banklarda yoxlamalar aparır. Bu yoxlamalar “Bank yoxlamalarının həyata keçirilməsinin prosedur qaydaları” əsasında tənzimlənir. Yoxlamar hərtərəfli və tematik olmaqla, daxili prosedurlara uyğun olaraq planlaşdırılmış qrafik əsasında həyata keçirilir. Lakin, zərurət yarandıqda, planlaşdırılmamış yoxlamaların aparılması istisna deyil.

Ardını oxu...

Səlim Özdəmirin «Daimi inkişaf yolu” kitabından seçmə

  • PDF faylını al

Məktəbdə dərslərin başlamasından heç iki ay keçməmiş müəllim sinfə girərək “imtahandır” dedi. Məktəbin əlaçı şagirdlərindən biri belə gözlənilməz sınaqlara da hazır olur. O, test suallarına bir-bir nəzər salaraq, sonuncu suala kimi hamısını cavablayır. Sonuncu sual belə olur: “Hər gün sinfi təmizləyən xadimənin adı nədir?” Yəqin ki, bu bir zarafat idi. Məktəbə erkən gəldiyindən o qadını bəlkə də hər gün görürmüş. Xadimə hündürboy, qara gur saçlı və təxminən əlli yaşlarında bir qadın idi. Əlaçı nə qədər fikirləşsə də, xadiməninin adını xatırlaya bilmir və son sualı cavabsız qoyaraq imtahan vərəqini müəllimə təhvil verir. İmtahan başa

Ardını oxu...

Təşkilat işçi seçimi ilə çox maraqlı yanaşma

  • PDF faylını al

İdarəetməyə qeyri-adi yanaşma tərzilə seçilən Qafqaz Universtitetinin kafedra müdiri Səlim Özdəmir çoxillik elmi və praktiki təcrübəsini «MK»nın əməkdaşı ilə bölüşüb

Sual: Sizcə təşkilat işçi seçimini necə həyata keçirməlidir?
Cavab: Hazırda təşkilatlar əsasən 2 mərhələdən ibarət iş seçimi edirlər. İlk əvvəl məntiq suallarından formalaşdırılmış test imtahanı, sonra isə təxminən 15-20 dəqiqəlik müsabiqə olur. Bunların hansının düzgün olub-olmamasını qiymətləndirmək çox çətindir. Amma bu cür standart işəgötürmənin sonda adətən səhvlərə gətirib çıxardığı faktdır.  Digər tərəfdən unutmayın ki, iş üçün müraciət edənlərin ümidini əsla qırmaq olmaz. İşə qəbul olunmayan da təşkilatdan

Ardını oxu...