Məqalələr

İşdən çıxarmaq sənəti

  • PDF faylını al

RƏHBƏR İŞÇİNİ İŞDƏN NECƏ ÇIXARMALIDIR , ETDİYİ PİSLİYİN ƏVƏZİNDƏ «SAĞ OL» ALSIN

Əksər rəhbərlərin dediklərinə görə, iş prosesində qarşılaşdıqları ən çətin məsələ işçini işdən çıxarmaqdır. Çox təəssüf ki, onlar bunu tez-tez etməli olurlar. Psixioloqların fikrincə, bu məsələdə bir nömrəli qayda belədir: çalışın ki, məsələnin mahiyyətindən danışasınız, söhbəti uzatmağın mənası yoxdur, fikrinizi dəqiq və aydın izah edin. Bəzəkli cümlələrdən istifadə etməyin. Nə deməyə hazırlaşmışdınızsa, onu da deyin, nə qədər çətin olsa da, birbaşa mətləbə keçin.

Ardını oxu...

Luka Paçolinə niyə "mühasibatlığın atası" ləqəbini veriblər

  • PDF faylını al

Hər il noyabrın 10-da qeyd olunan mühasiblərin beynəlxalq peşə bayramı bütün dünya tərəfindən “Mühasibatlığın atası” kimi qəbul olunan italyan maliyyəçisi Luka Paçolinin şərəfinə təsis olunub.1494-cü ilin 10 noyabrında Luka Paçolinin mühasibatlığa həsr olunan kitabı nəşr olunub.  Əvvəlcə, Luka Paçoli haqqında qısa tarixi ekskurs edək, sonra söhbətinmizi davam etdirək.

 

Ardını oxu...

Vergi Apellyasiya Şurasına rəsmi baxış

  • PDF faylını al

VERGİLƏR NAZİRLİYİNİN HÜQUQ İDARƏSİNİN RƏİS MÜAVİNİ, VERGİ APELLYASİYA ŞURASININ KATİBLİYİNİN RƏHBƏRİ AYSU MƏMMƏDOVA   “MK”-nın SUALLARINI CAVABLANIDRIR

Vergi Apellyasiya Şurası niyə yaradıldı?

-    Vergi Apellyasiya Şurası Azərbaycan Respublikasının vergilər nazirinin 7 mart 2008-ci il tarixli əmri ilə vergi ödəyicilərinin hüquqlarının hərtərəfli müdafiəsi, onların şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması sahəsində nəzarətin gücləndirilməsi, korrupsiya ilə əlaqədar müraciətlər istisna olmaqla, digər şikayətlərə baxılması işinin təkmilləşdirilməsi məqsədilə yaradılıb. Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması, mübahisəli vergi məsələləri üzrə verilmiş qərarlardan məhkəməyə şikayətlər üçün sərf olunan xərclərin  və vaxt itkisinin qarşısının alınması, tərəflər arasında bərabər hüquqlu və aşkar müzakirələrin aparılmasına şərait yaradılması, məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə vergi mübahisələrinin obyektiv şəkildə həll edilməsi Vergi Apellyasiya Şurasının fəaliyyətinin əsas məqsədlərindəndir.

Ardını oxu...

FTB: Stiv Jobs ailəsinə baxmayan bir yalançıdır

  • PDF faylını al

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) «Apple» şirkətinin mərhum rəhbəri Steve Jobs haqqında məxfi dosyeni yayıb. Dosyedə Jobs'un narkotik qəbul etdiyi, yalançı olduğu və ailəsinə baxmadığı barədə tanışlarının fikirləri də yer alıb. FTB 191 səhifəlik bu dosyeni 1991-ci ildə hazırlayıbmış. O vaxt ata Bush'un hökumətində Jobs'a «həssas bir vəzifə» vermək istəyirlərmiş.

Ardını oxu...

Ipoteka krediti alanlar evlər icbari sığortaya cəlb olunmalıdır?

  • PDF faylını al

Sual: Salam. Son vaxtlar Maliyyə Nazirliyinin mənzillər üçün icbari sığorta tarifini təsdiq etdiyini bildirirlər. Sualım ondan ibarətdir ki, şəhərlər üzrə bu məbləğlər nə qədərdir və  mənzillərin hansı hallardan sığortalanması nəzərdə tutulur? Mən ipoteka krediti ilə ev almışam. Təbii ki, evi alanda sığorta etdirmişəm. Mənim üçün yenidən icbari sığorta etmək məcburiyyəti varmı?
Sevinc Xəlilova

Ardını oxu...